SEVDA YƏHYAYEVA ANA OLDU

19 Dec 2022    852

Müğənni Sevda Yahyayeva ana olub.

 

Qadinlar.club xəbər verir ki, müğənninin qız övladı dünyaya gəlib.

 

 

Bununla bağlı o, "İnstagram” hesabında paylaşım edib.

 

"Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə-gündüz ana olmaq üçün vuruşursa, həqiqətən buna dəyər. Ana olmaq gözəl bir hisdir. Xoşbəxt olduğum ən gözəl günlərdən belə milyon dəfə gözəldir. Ana olmaq arzusunda olan bütün  qadınlarımız üçün "Amin” deyirəm. 

 

Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və dünyamızı gözəlləşdirdi”- deyə ifaçı bildirib.

 

Xatırladaq ki, müğənni keçən il həkim-genetik Zakir Bayramovla ailə həyatı qurub.

 

Müğənninin övladı ilə fotosunu təqdim edirik:

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button