Yersiz utancaqlıq - psixoloji çatışmamazlıqlardan biridir ki, elmi dildə ona ictimai qorxu deyirlər. Bu xəstəliyə düçar olan hər bir insan cəmiyyətdə iştirak etməkdən çəkinər və uzaq olar. Yersiz utancaqlığın dərəcələri vardır. Bəzi insanlar ictimai tədbirlərdən və cəmiyyətdə görünməkdən çəkinirlər və bəziləri isə çıxış etməkdən və natiqlikdən qaçırlar.
Bu cür insanlar əgər məcburi şəkildə ictimai tədbirlərdə iştirak edərlərsə, çox əziyyət çəkirlər. Yersiz utancaqlıq - çox zərərli və insanı gücsüz edən bir haldır. Ancaq get-gedə öz-özünə müalicə olunur. O kəslər ki, yersiz utancaqdırlar, təhsil və peşə məsələlərində çətinliklə üzləşirlər. Bu cür insan öz istedadlarını biruzə verə bilmir. Qabiliyyətlərindən tam şəkildə faydalana bilmir.
Yersiz utancaq insan ictimai işlərdə iştirak etmir, hər sözü deyə bilmir, bir növ proseslərdən kənara çəkilir. Cavanlar üçün bu çox təhlükəlidir. Onları ictimai rabitələrdən uzaq saxlaya bilər.
Psixoloqların nəzərinə görə həqarət hissi, izzəti nəfsin aşağı olması, qorxu və məharətlərini büruzə verməmək uşaqlıq dövründə çoxlu tənbeh və təhqir edilməkdən irəli gəlir. Bəziləri soruşur ki, bəs bu xəstəliyin müalicəsi varmı? Bəli, bu mümkündür. Xüsusilə də onun mənbəyi tanınsa.
Psixoloqların nəzərinə görə bu cür uşaqları ictimai tədbirlərə çox aparmaq lazımdır.