YEMƏK YEYƏRKƏN İZLƏYƏ BİLƏCƏYİNİZ YOUTUBE KANALLARI

22 Feb 2022    835

Yemək yeyərkən telefonu qurdalamaq əvəzinə maraqlı videolar izləyə bilərsiniz. Bunun üçün sizə bir neçə maraqlı Youtube kanalları seçdik.

1. Barış Özcan

Barış Özcanı ölkəmizdə də bir çox insan tanyır. İncəsənət, dizayn və texnologiya qavramlarını əsas götürərək, çəkdiyi videolar ilə həm əylənib, həm də bir çox şey öyrənə bilərsiniz.

2. Daire

Bu kanalda maraqlı ev interyerləri və həmin evin içində yaşayan və onu dizayn edən insanları görəcəksiniz.

3. Ortapia

Bu kanalda da maraqlı məlumatlar öyrənə biləcəyiniz informasiya dolu videolar mövcuddur.

4. Ted Ed (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar)

Bu kanalda videoları izah etmək üçün animasiyalardan istifadə olunur.

5. Kurzgesagt – In a Nutshell (ingiliscədir, türkcə və ya rusca altyazı ilə baxmaq olar)

Daha bir animasiyalı kanal, burada da bir çox maraqlı informasiya və onlara maraqlı baxış tərzlərini ortaya qoyan işləri görə bilərsiniz.

6. Liziqi

Bu çinli bir qızın kanalıdır. Hansı ki, istifadə etdiyi hər şeyi özü hazırlayır və elə yaşayır. Tamamilə təbii şeylərlə necə yaşadığını isə videolara çəkərək yayımlayır.

7. TedxTalks

Ted çıxışlarını da bir çoxumuz bilirik. Yemək yeyərkən izləmək istəyəcəyiniz videolar arasında ola bilər

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button