Vegeterian sözü latıncadan tərcümdə “sağlam həyat” deməkdir . Vegeterianlıq cəmiyyətdə sadəcə pəhriz kimi qələmə verilir , lakin bu anlayış özündə fiziki və ruhi cəhətdən rasionunda ət yeməyən (balıq , mal , toyuq və s. ) insanların seçdiyi həyat tərzidir. Vegeterianlar heyvan ölmünə qarşı çıxan veqanlarla (vegan) eyni düşüncəyə sahibdilər. Vegeterianlar heyvan məhsulu olan süd , yumurta kimi məmulatlarla qidalana bilirlər. Lakin veqanlar bundan da imtina edirlər. Düşünürəm ki, birbaşa veqan (vegan) olmaq çətin mərhələdir, lakin vegeterianlıqdan buna keçmək daha asan olur.
Azərbaycanda “ət yemirəm ona görə ki , heyvanları çox sevirəm” dedikdə cavab olaraq, “biz də heyvanları sevirik, lakin ət yemək buna qarşı olmaq deyil” deyilir. Vegeterianlıq və veqanlıq bu düşüncənin üst səviyyəsidir.
Nəzərə alsaq ki , insan mədəsi ət qəbuluna uyğun şəkildə deyil bunu həzm etməkdə çətinlik çəkir və insan ət yeyərkən ölmüş heyvanın qorxu hissini öz bədəninə yükləmiş olur. Ət yeməyən biri ət yeyənə görə daha sağlam,gümrah və aqressiyadan uzaq həyat yaşayır. Yaponiyada uzunömürlü insanlardan bunun sirrin soruşduqda, ət yeməmək, yaşıl çay içmək, gündəlik idman və yürüyüş etmək ən çox verilən cavab olub.
Həkimlərin də son illər dediyi kimi , ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi (97 %) çox aşağıdır. (Hindistan , İsrail , Almaniya , Kanada , Sinqapur,Yamayka).
Vegeterianlar fiziki və mənəvi cəhətdən sağlam, sülhpərvər və şən olurlar. Güclü zəkaya, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyi aşa bilirlər. Orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük verirlər.
Vegeterianlığın tarixi çox qədimdir. Buna misal olaraq Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrovski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Əkbər (Anvar), Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Жan Жak Russo, Lamartin, Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn kimi müdriklər var.
Azərbaycanda vegeterianlar çoxluq təşkil etməsə də, son illər ölkəmizdə insanların bir qismində bu yönə doğru artım görünür. Buna ekstra da belə mağazaların, kafelərin, yemək çeşidlərinin çoxluğu sevindiricidir. Əgər 4 il öncə hamı bu anlayışa qeyri- adi reaksiya verirdisə,indi daha aza enib.
Məsələn ət yeməməklə bilavasitə, gündəlik həyatda istifadə etdiyimiz hər məhsulun heyvanlar üzərində test aparılmaması da buna aiddir. (diş pastası, geyim, kosmetika və s. ) Hər il dünyada bu kimi səbəblərdən milyonlarla heyvan işgəncə görərək öldürülür.
Azərbaycan xalqı əti gündəlik qidada vacib sayır, milli mətbəxin təamlarının ətsiz versiyası da çox dadlı və asan başa gəlir. Misal olaraq dolmanın göyərti , düyü , noxud , lobya ilə hazırlanmış versiyası, kotletin tərəvəzlərlə hazırlanması , səbzili plovun ətsizi. Və bunu da unutmaq olmaz ki, ətlə eyni zülal və protein daşıyan tərəvəzlərə soya, lobya, noxud, bulqur və s. gündəlik rasionunuzda vacibdir. Tərəvəzlərin tərkibindəki vitaminlər insanı ruhən çox gümrahlaşdırır və
metabolizmanın sürətlənməsinə gətirib çıxarır.
Bəzi miflər var ki, ət yeməyən sağlam olmur. Bu əsla belə deyil əgər vitaminləri doğru qəbul edirsizsə belə bir problemlə qarşılaşmayacqsız . (B12 , dəmir , sink , D vitamini) Pandemiya dövründə ət yeyənlərin demək olar hamsı bu vitamin əksikliyi yaşayırdılar. Ət yeyənlərdən bir addım öndə olub piylənmə , ürək- qan – damar və mədə – bağırsaq xəstəlikləri ilə də vuruşmadan istənilən xəstəliyi güclü imunitetinizlə dəf edə bilərsiz. Təkcə sağlamlıq naminə yox, heyvan ölümünə qarşı çıxmaq naminə də bunu edə bilərik. Bu zaman belə sual ortaya çıxır ki ,
onda heyvanlar dünyanı bürüyəcək…
Heç bir sahibkar maddi cəhətdən olmasa heyvanların artımına önəm verməz. İnsanlar şəxsi seçimində azddır. Ət yeməyənləri qınamaq olmadığı kimi ət yeyənləri də qınaya bilmərik.
Qidalanmağa görə ət yeyənlər tərəvəzlə qidalanıb sağlam həyat yerinə, ət yemək həzzinə görə qeyri- sağlam həyatı niyə seçsin ki?