ÜZ DƏRİSİNİ TƏMİZLƏYƏN AĞ GİL MASKASI

04 Jul 2022    761

Təbii gözəllik reseptlərindən istifadə etmək həm ekonomikdir, həm də asandır.

Təmizləyici gil maskası reseptlərini oxucuları ilə bölüşürük:

 

Gil maskası torpağın faydalı mineral qatından, yanar dağların içindən çıxmış lavalardan olduğuna görə tərkibində bol miqdarda mineral var. 

 

Gilin rəngi ümumiyyətlə torpağın rəngindən asılıdır. Ona görə də gil maskaları müəyyən qruplara ayrılır. Bu gil maskaları yaşıl, çəhrayı, ağ, sarı ola bilər. Bu resepti isə ağ gil ilə hazırlayacayıq. 

 

Evdə asanlıqla hazırlayıb dərinizə tətbiq edəcəyiniz ağ gil maskası

 

 

Ləvazimatlar:

 

1 çay qaşığı küncüt yağı

1 çay qaşığı ərik yağı

1 çay qaşığı buğda yağı

1 çay qaşığı kök yağı

1 çay qaşığı jojoba yağı

1 çay qaşığı arı südü

1 çay qaşığı gül suyu

Lazım olduğu qədər ağ gil

 

Hazırlanması:

 

Bütün yağları və arı südünü qarışdırın.

Bir az qatı hala gələnə qədər ağ gil tökün.

Gül suyu ilə qarışdırın.

Bir şüşə qaba qoyun.

Hər həftə bir çay qaşığı götürüb göz ətrafı istisna olmaqla üzünüzə yaxın. 

20 dəqiqədən sonra bol su ilə yuyun. 

Daha sonra dərinizə nəmləndirici krem sürtün. 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button