SOYUQ ÇİZKEK RESEPTİ

03 Jul 2022    953

Yayın isti havasına inad şirniyyat hazırlayıb sərinləmək necə fikirdir?

 

Bişirmədən, sobadan istifadə etmədən çizkek hazırlamaq qaydasını oxucuları ilə bölüşürük:

 

Fıstıqlı, kokoslu çizkek (Cheesecake) üçün lazım olan ərzaqlar:

 

Alt hissəsi üçün:

 

2 paket burçak peçenye (burçak və ya peti brütter peçenyesi)

125 qr kərə yağı

140 qr hind qozu (kokos)

40 qr xırdalanmış fındıq

 

 

 

Cheesecake üstü üçün;

 

700 qr ağ krem pendir (Pınar beyaz)

230 qr ağ şokolad

135 ml krem qaymaq

60 ml süd

250 qr fıstıq kremi

 

 

 

Hazırlanması:

 

Peçenyeləri mətbəx robotundan keçirin və toz şəklinə gətirin. Kərə yağını əridib hind qozu və fındıq ilə birlikdə hamısını qarışdırın.

 

23 sm diametrli qandallı qəlibə qaşığın köməyi ilə yayın və üzərinə fıstıq əzməsini qoyub təkrar yayın. Soyuducuda 2-3 saat saxlayın. 

 

Krem pendiri mikserdə qarışdırın və köpürdün. Ayrı bir qabda qaymaq və şokoladı benmari üsulu (isti su buxarında) əridin və soyuduqdan sonra krem pendiri içərisinə əlavə edin.

 

Ən sonda südü əlavə edib qəlibin içərisinə töküb üzərinə kokos səpin.

 

1 gün soyuducuda dondurun, sonra üst gözə +4-ə qoyun və dilimləyib servis edin. 

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button