SIZANAQLAR ÜÇÜN EVDƏ BAXIM MASKALARI

18 Apr 2022    303

Yulaflı Sızanaq Maskası

- 1 yemək qaşığı yulaf

- 1 yemək qaşığı qatıq

- 2 damla limon

 

Hazırlanması

Bu vəsaitləri yaxşıca qarışdırın və dərinizə sürtün. 15 dəqiqə gözləyib yuya bilərsiniz. Həftədə bir dəfə olaraq tədbiq etməlisiniz.

 

Kivi və Gilli Sızanaq Maskası

- 1 ədəd kivi

- Aldığı qədər gil

 

Hazırlanması

Kiviyi əzərək suyunu çıxarın. Suyuyla gili qarışdırın və dərinizə sürtün. Bu maska sızanaqları çox sürətli qurutduğu üçün dəridə 5 dəqiqə tutulmalıdır. Həftədə 1 bir dəfə tətbiq edə bilərsiniz.

 

Ballı Sızanaq Maskası

- 1 yemək qaşığı bal

- 1 yemək qaşığı limon suyu

 

Hazırlanması

Vəsaitləri qarışdırın və maskanı yalnız sızanaqlı bölgələrinizə sürtün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Ardından su əsaslı nəmləndiricinizi çəkməyə laqeyd yanaşmayın. Bu maskanı isə həftədə iki dəfə tətbiq edə bilərsiniz.

 

Portakallı Sızanaq Maskası

- 1 dənə portağal

1- 1 çay qaşığı qabartma tozu

 

Hazırlanması

Portağalın qabıqlarını rəndələyib krem halına gəlincəyə qədər qarışdırın. Qabartma tozunu əlavə etdikdən sonra yalnız sızanaqların üzərinə sürtün. Ən az 30 dəqiqə gözlədin.

 

Alma Sirkəli Sızanaq Maskası

- 1 çay qaşığı alma sirkəsi

- 1 çay qaşığı limon suyu

- 1 çay qaşığı gül suyu

 

Hazırlanması

Vəsaitləri qarışdırıb sızanaqların üzərinə sürtün. Yarım saat sonra ilıq suyla yuyun. Qısa müddət sonra Sızanaqlarınız quruyacaq

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button