ŞİŞMİŞ GÖZ QAPAQLARININ ÇARƏSİ

30 Apr 2022    716

Gül suyu tonik kimi istifadə edildikdə dərini canlandırır, allergik dəriləri rahatladır və şişən göz qapaqlarına yaxşı təsir edir.

 

Dermatoloq Dr. Emine Özge Ayabakan gül suyunun dəriyə olan faydalarından bəhs edib. 

 

Hər gülün özünəməxsus qoxusu və yağı ilə yanaşı vitamin və mineralları müxtəlif infeksion xəstəliklərin müalicəsində, antiseptik maddə kimi cild problemlərində istifadə edilir. 

 

Gül suyu təmizləyici və rahatlaşdırıcı təraş losyonu kimi istifadə edildikdə üz, göz qapaqlarında olan şişkinliyi aradan qaldırır. Antiseptik kimi tər qoxularını azaldır, saç və dəridəki qaşıntı və eqzemaya qarşı çox qiymətli xüsusiyyətə malikdir.

 

Allergik cildlər də istifadə edə bilər

 

Gül suyunun faydalı təsirlərini görə bilmək üçün sintetik qatqı maddələri ehtiva etməməsi, damızdırma dediyimiz texnikalarla tərkibində faydalı maddələri itirmədən hazırlanmalıdır. Evimizdə də təzə gül yarpaqlarından toniklər hazırlaya bilərik. Hər dəri tipində, hətta allergik dərilərdə belə rahatlaşdırıcı təsirinə görə istifadə edilə bilər. Evdə hazırladığımız toniklərdə bir dəstə gül yarpağını digər bitkilərlə birlikdə də qarışıq halda hazırlaya bilərik.

 

 

 

Eqzema, qurdeşən, atopik dermatit kimi davamlı qoruyucu məhsullar istifadə edilən dəri xəstəliklərində dəmlənmiş tac yarpaqlarından isladılmış kompreslərlə istifadə etmək olar. Həm də əl-ayaq həmin su ilə yuyulanda problemli bölgələrdə yaxşılaşdırıcı, sakitləşdirici təsiri olur. Gül yarpaqları, boymadərən, kəklikotu, bibəriyə, melissa, ada çayı ilə birlikdə dəmlənərək tonik kimi, eyni zamanda içilə bilən asan amma qüvvətli bir içki kimi istifadə edilə bilər. 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button