SİNAN ÖZEN QOZ AĞACINDAN YIXILIB XƏSTƏXANALIQ OLUB

26 Sep 2022    816

Türkiyəli müğənni Sinan Özen bədbəxt hadisə ilə üzləşib.

BAKU.WS xəbər verir ki, sənətçi qoz ağacından yuvarlanaraq 6 metr yüksəklikdən yerə düşüb. İfaçının yüksəklikdən yıxılması nəticəsində iki barmağı sınıb.

 

Bu haqda Sinan özü məlumat verib:

"Əziz dostlar, təəssüf ki, qoz yığarkən başıma bədbəxt hadisə gəldi. 6 metr yüksəklikdən düşməyimə baxmayaraq, sadəcə iki barmağım sınıb. Veriləcək nəzirimiz var imiş. Mənə tibbi yardım göstərən həkimlərə və səhhətimlə maraqlanan hər kəsə təşəkkür edirəm".

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button