Əslində, birinə ehtiyac hissetmək və birini sevmək arasında çox böyük bir fərq var. Sevginin bir ehtiyac duyulma olmağına baxmayaraq hələ də iki söz arasında böyük bir fərq var.
Yaralandığınızı və hərəkət etmək üçün qoltuq dəyənəklərindən istifadə etdiyinizi düşünün. Belə bir vəziyyətdə, qoltuq dəyənəklərini sevdiyinizi və ya istədiyinizi söyləyə bilərsinizmi? Əlbətdə deyil, yalnız onlara ehtiyacınız var, çünki yaralısınız. Eyni şey sevgidə də olur!
Bəzən kimisə sevdiyimizə inanırıq və o şəxsi çox istədiyimizi hissedirik, əslində isə bu hər zaman gerçəklik deyil. Çox vaxt ona ehtiyacımız var, çünki özümüzdə şüuraltında, bu ehtiyacı yaradan səhv birşeylər var. Ayrılıqları aşmaqda bizə maneə yaradan psixolojik faktor burda yatır.
Sevgi psixologiyasına görə, gələcək həyatınızı quracağınız maraqlı və kriteryalarınıza uyğun tərəfdaşı tapdığınızda ona aşiq ola bilərsiniz. Lakin yaralı olduğunuzda, özünüzü yalnız, çarəsiz hissetdiyinizdə, təqdir edilmə və sevilmə ehtiyacı o qədər çox olur ki, sırf bu aclığı doyurmaq üçün, yanlış birinə yönələbilirsiniz!
Tək qalmamaq, problemlərdən qaçmaq, özünüzü yaxşı hissetmək üçün aşiq olursunuzsa o zaman bilin ki, sevgidən çox, münasibətə ehtiyacınız olduğu üçün bu yola girmisiniz.
Ehtiyaclar üzərində qurulan münasibətlər sağlıqlı deyil: Bunu açıqlayan türk atalar sözü də var “dənizə düşən yılana sarılır” bəzilərinin, həqiqətən, onlara uyğun olmayan , hətta pis təsir edən ikili münasibətlərə girib, sonda ayrıldıqlarını görürük.
İkinci nüans ehtiyac doyurulduğunda sevgi də bitir. Əslində birini sevmək və ehtiyacı olmaq arasındakı fərqi görmək və ya bilmək sizi narahat edə bilər, çünki; münasibətinizə kölgə düşürmək istəməzsiniz. Ehtiyaclara söykənən münasibətlər sağlam deyil. Çünki ehtiyaclarınız ödənildikdə sevgi bitər, ona görə ki münasibət ehtiyac üzərində qurulmuşdu.
Məsələn: Təklik hisselədiyiniz üçün başlayan münasibəti düşünün. Ümumi sosyal münasibətləriniz düzəldikdən sonra bu münasibətə ehtiyacanızın qalmadığını hissedəcəksiniz.
Ancaq bu o demək deyildir ki sevgi münasibətlərində ehtiyac hissetmənin heç bir rolu yoxdur, xeyr! Hər bir münasibətdə az və ya çox dərəcədə qarşılıqlı ehtiyac elementləri olur. Ancaq ikili münasibət nə qədər az miqdarda ehtiyac doyurulması üzərinə qurulursa o qədər sağlıqlı və uzun ömürlü olma ehtimalı vardır deməkdir.
Dr. Azər Bağırov