GƏNC ŞAİRƏ VƏ APARICI KƏMALƏ RÜSTƏMZAL - MÜSAHİBƏ

27 Jan 2022    566

Əziz oxucularımız, sizi Qadınlar.Club lahiyə çərçivəsində ki, yeni "Uğurlu qadın" rubrikasında salamlayırıq. Məqsədimiz sizi uğurlu qadlnlar ilə tanış etmək və motivə etməkdir. İlk müsahibəmizin qonağı gənc şairə və aparıcı Kəmələ Rüstəmzaldır. Qadınlar.club müsahibəni təqdim edir:

 

Salam Kəmalə xanım. Sizi lahiyəmizdə qonaq  görməyimizə çox şadığ.

Kəmalə R: Salam. Çox sağolun dəvətiniz üçün. Şad oldum



Minnətdaram. Siz özünüzü bir neçə kəlimə ilə necə təqdim edərdiz?

Kəmalə R: Sadəcə gənc şairə Kəmalə Rüstəmzal. Daha ətraflı Kəmaləni onun şeirlərində tapmaq olar.



İndiyə qədər qələmə aldığınız kupletlər içində ən sevdiyiniz kuplet hansı olub?

Kəmalə R: Şeirlərimin bütün bəndləri mənə əzizdir. Heç bir söz boş yerə yazılmır. Bənd yox , bir misra deyərdim ki tam olaraq məni əks etdirir . "Mən qartalam, zərif sərçə biçimdə"




Bu misraları oxuduqdan sonra sizə bir sual vermək istərdim. Cəmiyyətimizdə çox vaxt zərif və zəif sözlərini sinonim olaraq qəbul edirlər. Qadın zərif olmalıdır anlayışında zəyif olmalıdır olaraq qəbul edirlər. Sizcə bu yanlış düşüncənin kökündə nə durur ?
 

Kəmalə R: Çox gözəl sualdır. Təəssüf ki, əksər hallarda vurğuladığınız kimi, zərif və zəif sözləri sinonim səslənir. Bunun kökündə məncə cəmiyyətimizin hələ də kişi hüquqlarının daha üstün olmağını dəstəkləməsidir. Sanki qadın dedikdə, ancaq zəif və öz sözünü cəmiyyətə çatdıra bilməyən bir şəxs canlanır. İnanıram ki, zaman- zaman bu fikirlər silinəcək. Çünki, uğurlu qadınlarımız kişilərimiz ilə eyni arenanı bölüşməyə qadirdir artıq.




Mənim şəxsi fikrimə  görə "el qınağı", "adət-ənənə", "mentalitet"  anlayışları cəmiyyətimizdə qadınların uğur qazanmasa mənfi təsir edir. Bir növ onların qollarını qandallayan zəncir rolunu oynayır. Siz bəs bu haqda nə düşünürsüz?
 

Kəmalə R: Bəli, qınaq obyektinə çevrilmək qorxusu, "kim nə deyər" kimi prinsiplərlə yaşayan qadınlarımız çoxdu. Məncə, bu kimi qadınlar mütləq ki, ailə dəstəyi görməlidir. İstər valideyn istərsə də həyat yoldaşı tərəfindən sıxışdırılmamalıdırlar. Çünki bu cür yanaşmalar həmişə olub və olacaq. Cəmiyyətimiz əzəldən belə formalaşıb. Ya buna göz yumub davam etməliyik, güclü olmalıyıq. Arzularımızın arxasıyca getməliyik , ya da barışıb, səsimizi çıxarmamalıyıq.
 

 


Bilirəm suallarla mövzudan mövzuya keçirəm. Lakin oxucularımızın sizi daha yaxındantanıması üçün cəmiyyətlə bağlı suallardan, sizin kimliyinizlə bağlı suallara keçmək istəyirəm. El məsəlinə görə bir əldə iki qarpız tutmazlar. Lakin siz bunun əksini göstərərək, bir neçə sahədə özünüzü sınamısız və uğur əldə etmisiz. Fərqli istiqamətlərdə fəaliyyətiniz bir-birlərinə maneə olublar yoxsa əksinə bir birlərini tamamlayıblar?
 

Kəmalə R: Mən sanki hər dəfə özümü müxtəlif istiqamətlərdə sınamaq istəmişəm. Təbii ki özümdə o potensialı hiss edərək. Xeyr, heç bir maneə olmayıb əksinə bir tandem yaranıb. Məsələn mən rəssamlıqla məşğul olaraq , öz şeirlərimə illüstrasiyaları işiq üzü görəcək kitabımda özüm çəkmək qərarına gəldim. Həmçinin radioda aparıcılıq fəaliyyətimdə, verlişimi məhz ədəbiyyata, şeiriyyata həsr etmişdim.

 



Siz radioda aparıcı fəaliyyətiniz haqda oxuculara daha geniş məlumat verə bilərsiniz?

Kəmalə R: Böyük məmnuniyyətlə. Mən İrəli radioda "İmza" adlı verlişin aparıcısı olmuşam. Ümumilikdə bu layihə mənim ideyam idi. Özüm kimi gənc şairləri verlişimə dəvət edib onları ictimaiyyətə tanıtmaq idi məqsədim. Qonaqlarım öz yaradıcılıq fəaliyyətindən danışıb, suallarımı cavablandırıb , şeirlərini səsləndirirlər.



Siz daha geniş auditoriyası olan radioda fəaliyyət göstərmək istərdinizmi? İstərdinizsə , seçim hansı radio olardı?

Kəmalə R: Mənim çalışdığım radio online radio idi. Əlbəttə ki , növbəti məqsədim FM radiodur. Çox güman ki İctimai radionu seçərdim



Niyə məhz ictimai radio?

Kəmalə R: Artıq orada praktika keçmişəm, müxtəlif treninqlərdə iştirak etmişəm. Mənə doğma olan radiodur. Və bu mənim şəxsi fikrimdir, öz işlərinə daha peşəkarcasına yanaşırlar.



Verilişin konsepsiyasını eyni olaraq saxlayardız? yoxsa tam fərqli bir proekt olardı?

Kəmalə R: İmza verilişindən sonra bir neçə buna bənzər verlişlər çıxdı hətta televiziya məkanlarında da. Onu da deyərdim ki , həmin verilişlərin aparıcıları nə vaxtsa məhz mənim İmza verlişimin qonağı olublar. Ona görə fərqli bir proekt düşünürəm.

 



Bir insana ailəsi ilə bağlı suallar verməyi mən qeyri etik sayıram. Lakin sizin evli olduğunuzu bildiyim üçün sadə bir sual vermək istəyirəm. Biz tez-tez karyera yada ailə cümləsini eşidirik. Bu cümlə nə dərəcədə doğrudur ?Bu cümlə xüsusəndə qadınların ünvanına istifadə edilir.

Kəmalə R: Hardasa bir birinə bağlılıq var . Çünki insan özünü tam olaraq karyeraya həsr edərsə artıq ailə üçün nə zaman nə də kobud səslənsə də həvəs, istək qalmaz. Artıq bütün planların, gələcəyin, ideyaların işinlə bağlı olacaq. Və ora ailəni sığdırmaq çətin olur. İstər qadın istərsə də kişi mütləq ki, ailəni ön plana çəkməlidir. Ailə üçün karyerayla bağlı müəyyən şeyləri qurban verməyə dəyər.

 



Hər bir insanın həyatında seçimlər olur, məhz bu seçimler hazırkı yerine yetirir insanı. Sizin üçün ən yadda qalan bele seçim hansı seçiminiz olub?

Kəmalə R: Çox şükür ki həyat məni hələki hər hansı böyük bir seçim qarşısında qoymayıb. Bir şeyi dəqiq bilirəm ki, hər zaman nə olursa olsun ailəmi seçərəm.

 



Şairə fəaliyyətiniz haqda danışmaq istərdim. Bildiyimə görə siz mahnılrada söz yazmısız. Bu haqda geniş məlumat verə bilərsiz?

Kəmalə R: Bəli mən eyni zamanda həm də bəstəkarlarla çalışıram. Bir neçə mahnıların söz müəllifiyəm. Onu da vurğulayım ki, şeirlərimə musiqi bəstələnəndə bir ayrı zövq alıram. Gövhər Həsənzadə, Elza Seyidcahan, Hakan Erol kimi bəstəkarlarla iş birliyim olub. Gözəl mahnılarımız ərsəyə gəlib. İçlərində ən sevdiyim Gülay Zeynallının ifasında "Əl çəksin kədər" mahnımızdır.



Bəs zamanda geri qayıdıb dəyişmək istədiyiniz seçim varmı?

Kəmalə R: Xeyr. Məncə səhvimlə düzümlə nə etmişəmsə, nəyi seçmişəmsə bu məndə məni formalaşdırıb.



Lahiyəmizlə bağlı sizin fikirlərinizi bilmək istərdim. 

Kəmalə R: Layihənizin xüsusiylə qadınlara həsr olması təbii ki məni daha çox sevindirir. Bir çox məqamlara toxunursuz. Həm problemlərin çözümü, həm maraqlı faktlar, həm köməkçi elanlar və ən əsası uğurlu qadınları işiqlandırmaqla başqalarına motivasiya ötürməyiniz alqışa layiqdir.



Sözlərinizə görə minnətdarıq. Lahiyə ilə bağlı bizə məsləhətiniz varmı?

Kəmalə R: Məsləhətim ancaq o ola bilər ki, dayanmayın, irəli gedin. Formatınızı dəyişməyin.



Sonda sizə lahiyəmizin adından bir sual vermək istərdim. Bir uğurlu qadın olaraq, sizcə uğurun sirri nədədi? Bacarıq, Bilik yoxsa Zəhmət?

Kəmalə R: Bacarıq, bilik, zəhmət, inam, özgüvən, iradə! Bunlar vəhdət təşkil edərsə uğurun sirri qalmaz.



Sizdən müsahibə götürmək çox xoş idi. Gələcək fəaliyyətlərinizdədə uğurlar arzulayırıq.  Gləcəkdədə sizinlə əməkdaşlıq etmək çox xoş olar.

Kəmalə R: Qarşılıqlıdır. Mən də öz növbəmdə sizə minnətdarlığımı bildirirəm ki dəvət etdiz. Bəli, əminəm ki əməkdaşlığımız uğurlu alınar. Sizə daha da geniş oxucu kütləsi və gözəl layihələr arzulayıram.



Minnətdaram. Sonda isə oxuculara müraciət etmək istərdim. Lahiyəmiz bu ilin yanvar ayından fəaliyyətə başlayıb, bu qısa müddət ərzində müəyyən nəaliyyətlərimiz olub, lakin dahada iri atdımlar atmaq üçün sizin dəstəyinizə ehtiyacımız var. Necə dəstək olacağınızla bağlı aşağıdakı linkdə geniş məlumat var.

 

 

Müsahibəni apardı: Əli Haşimi                                                  Müsahibə Qadınlar.Club-a məxsusdur

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button