GÖZLƏR SAĞLAMLIĞINIZ HAQQINDA NƏ DEYİR

20 Sep 2022    833

 

Gözlər sağlamlığınızın ümumi vəziyyəti haqqında düşündüyünüzdən daha çox şey söyləyir.

 

Gözlərdəki dəyişikliklər diabet və yüksək xolesterolu göstərə bilər. 

 

Avstraliyalı göz həkimi Dr. Kerrie Meades gözlərdə müəyyən işarələrin hansı xəstəlikdən xəbər veridiyini açıqlayıb. 

 

 İngilis dilli Daily Mail qəzeti oftalmoloqun açıqlamalarını dərc edib:

 

1. Buynuz qişa (Kornea) ətrafındakı ağ halqalar 

 

Çox vaxt buynuz qişanın ətrafındakı ağ halqa yaşlanmağın əlamətidir, ancaq yüksək xolesterola da işarə edə bilər.

 

Ümumiyyətlə zərərsiz olsa da, 45-dən az yaşınız varsa, buynuz qişada ağ halqalar varsa həkimə müraciət edin. 

 

2. Sulu gözlər

 

Sulu gözlər kompüterdə çox vaxt keçirdiyinizin işarəsi ola bilər və ekranlardan uzaq durmağın zamanı gəldi deməkdir.  

 

Çarəsi rəqəmsal alətlərdən istifadə edərkən tez-tez gözü qırpmağa vərdiş etməkdir. Davamlı olaraq ekrana baxdığınızda göz qırpma sürətiniz azalır və göz yaşları sorulmur, bu da gözlərin sulandırır. 

 

Dr. Meades kompüter qarşısında olarkən mümkün qədər gözləri qırpmağı təklif edir. 

 

3. Göz ləkələri

Zaman-zaman görərkən gözünüzün önündə gəzən o kiçik ləkələri gördünüzmü? 

 

O ləkələri ciddiyə almaq lazımdır. Meades bildirir ki, gözdə ləkələr yaşlanmağın normal hissəsidir. Amma normaldan daha çox olursa bu gözdəki infeksiyanın göstəricisi ola bilər.

 

4. Sarı gözlər

 

Gözlərində saralma varmı? Bu, bədəninizdə nələrinsə səhv olduğuna dair qəti bir işarədir və bir mütəxəssisə müraciət edin. 

 

Dr. Seades qeyd edir ki, gözlərin ağında saralma qaraciyərdə problem olduğunu göstərir.

 

5. Quru gözlər

 

Quru gözlər çoxumuz üçün ortaq bir problemdir və mütəxəssislərə görə bunun normal səbəbi allergiyadır.

 

Nəyə qarşı allergiyanızın olduğunu tapın və anti-histamin dərmanlardan istifadə edə bilərsiniz. 

 

6. Səyirən gözlər

 

Müəyyən vaxtlarda hamımızın gözləri səyirir. Sadə səbəbi-çox stresslisən.

 

Həddindən artıq yorğunluq və stress həm üst, həm də alt qapağa təsir edə bilər.

 

Gözləriniz səyirirsə, demək ki istirahət etmək lazımdır. 

 

 

7. Buynuz qişada (kornea) ağ ləkələr

 

Bu bir kornea infeksiyasının əlaməti ola bilər.

 

Korneada zədə olmadan infeksiyanın olması çox çətindir. Buna görə də kontakt linzalar istifadə edənlər arasında korneada ağ ləkələr çox görünür. Gözünüzün sağlamlığı üçün linza istifadə edərkən təmizliyə ciddi şəkildə riayət edin. 

 

8. Bulanıq görmə

 

Bulanıq görmə əsla gözardına vurulmamalıdır. Həm göz problemləri, həm də diabet də daxil olmaqla hər cür şeyə işarə edə bilər.

 

Bulanıq görmə zaman-zaman diabetin işarəsi ola bilər. 

 

9. Qabarıq gözlər

 

Qabarıq gözlər yorğun və bir az daha yatmaq istədiyinizin göstəricisidir. 

 

Bəzən həddindən çox qabarıq gözlər və uzun müddət davamlı olması infeksiyanın da göstəricisi ola bilər.  

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button