QURUYAN CİLDLƏR ÜÇÜN TƏBİƏTDƏN GƏLƏN RESEPT

29 Apr 2022    754

Əgər quru dəri tipinə sahibsinizsə, tətbiq edəcəyiniz dəriyə qulluq vasitəsi də quru cildə uyğun olmalıdır. 

Dəri tipinə uyğun qulluq vasitələri seçmək həm istədiyiniz nəticəni almağa kömək edir, həm də dərinizi canlandırır, problemləri həll edir. 

 

Quru cildlərin əsas problemi nəmləndirmədir. Ona görə də maska tiplərini seçərkən də nəmləndirən xüsusiyyəti olanlara üstünlük vermək lazımdır. 

Quru cildlər üçün kosmetoloq mütəxəssislərin məsləhət gördüyü təbii reseptin hazırlanma qaydasını təqdim edirik:

 

Ləvazimatlar:

 

1 çay qaşığı portağal çiçəyi yağı

1 çay qaşığı lavanda yağı

1 çay qaşığı küncüt yağı

1 çay qaşığı çobanyastığı yağı

1 çay qaşığı berqamot yağı

1 kiçik çay qaşığı düyü kəpəyi unu

 

Hazırlanması:

 

Bütün yağları düyü kəpəyi unu ilə qarışdırın.

Hər axşam masajla üzünüzə sürtün.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button