QIZLAR NİYƏ ƏRƏ GETMİR?

18 May 2022    724

Sevgi yoxsa ehtiyac

Son dövrdə sosial problemlərin sırasında qadınların ailə qurmaması aktual problemlərdən biridir. Maraqlısı odur ki, cəmiyyətdə fikir formalaşıb ki, xanım 20 yaşa çatan kimi ərə getməlidir. Bəs görəsən Azərbaycanda yaşı iyirmini keçən xanımların sayı nə qədərdir? Statistika Komitəsinin məlumatına görə Azərbaycanda 20 yaşdan 40 yaş arasında 1 milyon 600 min nəfər xanımın olduğu bildirilir. Bu xanımların 80 minə qədəri rəsmi nigah qeydiyyatındadır. 8 min xanım isə boşanıb. Əgər statistik məlumata arxalansaq, o zaman 1 milyon 500 minə yaxın qadının subay olduğu görərik.

 

Xatırladaq ki, 20 yaşdan 40 yaş arasında kişilərin sayı 1 milyon 541 mindir. Qadınlar kişilərə nisbətən təxminən 60 min çoxdur.

 

Qızların ailə qurmamasının səbəbini öyrənmək istədik. Bu səbəbdən bir şirkətdə çalışan subay xanımlar arasında müsahibə apardıq. 25 yaşlı Çinarə Muradova bu vaxta qədər ailə qurmamasının səbəbini özünə uyğun oğlan tapa bilməməsində görür. Onun fikrincə, ideal ər ali savadlı, insanı başa düşən olmalıdır. Çinarə maddi durumu bir o qədər də nəzərə almır. Onun üçün əsas qarşılıqlı hörmətdir.

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button