ATA VƏ OĞULLARI 18 YAŞLI QIZI BELƏ QAÇIRDILAR

30 Nov 2022    821

Qadinlar.club xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tambov şəhərində baş verib. Belə ki, buna səbəb qızın evlilik təklifini rədd etməsi olub.

20 yaşlı Amik Şamoyan Bella Ravoyan adlı qızı, atası və böyük qardaşının köməyi ilə qaçırıb. A.Şamoyan polis tərəfindən saxlanılsa da, onun atası və qardaşı itkin düşüb. Əgər günahları sübuta yetirilərsə, ata və oğulları 12 ilə qədər həbs gözləyir.

Digər tərəfdən, onların Bellanın evlənmək istədiyi şəxsin qadın qohumunu qaçırdıqları ortaya çıxıb.

Qaçırılma anı binanın təhlükəsizlik kameralarına əks olunub.
 

 

https://bax.tv/hadise-ve-olaylar/ata-ve-ogullari-18-yasli-qizi-bele-qacirdilar-168279?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=168279

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button