PSİXOLOJİ YAŞ

13 Jun 2022    805

Psixoloji yaş“Qocalıq – beyinə gedən siqnallarla başlayır.” ÜST -ə görə, artıq yeni yaş mərhələləri təyin edilmişdir. Bu gün üçün gənclik 25-44 yaş arası təyin olunub. 44-60 yaş – orta yaş, 60-75 yaş arası – yaşlı nəsil, ancaq artıq 75-90 yaş arası qocalıq dövrü kimi qəbul olunub. 90 yaşdan yuxarı yaşayanlar isə uzunömürlü sayılır.

 

Yəqin ki, siz də bioloji yaşın, təqvimi yaş ilə üst-üstə düşmədiyinin çox şahidi olmusunuz. 35 yaşında bir qadının 50-55 yaş arası kimi görsənməsi və ya əksinə, 50-60 yaş arası xanımda bir gənc qadına xas olan cazibədarlığın olmasının dəfələrlə şahidi olmusunuz. Buna “psixoloji yaş məvhumu” deyilir.

 

Tədqiqatlar sübut edib ki, qocalmanın və ya uzun ömürlülüyünün səbəbi – tək genetika və ya hansısa kosmetik vasitələrdən istifadə etmək deyil, həm də eyni zamanda, hətta çox hallarda, beyinə göndərilən siqnallardır.

 

 

Belə ki, sübut olunub ki, insan yaranan gündən onun beyninə gedən siqnallar axını dünyanın öyrənilməsinə və dərk edilməsinə yönəlir. Və külli miqdarda informasiya axini beyinə daxil olaraq, daimi yenilənir. Bu proses uzun illər davam edir. Prosesə, eyni zamanda, bütün orqanizm qoşulur. Və orqanizm bütün imkanları daxilində uzun illər fəaliyyət göstərir…

 

Nə vaxt ki, informasiya axını dayanır, insan ətraf mühitdəki yenilikləri dərk etməyi unudur,.. həyat maraqsızlaşır və o an beyinə gedən siqnallar hər şeyin “sona yetdiyini” bildirir. Və qocalıq başlayır… Artıq insanın beyni əvvəlki kimi aktiv işləmir. Psixoloji qocalma başlayır.

 

Psixoloji qocalmanı vaxtında aşkar etməklə, onun qarşısını almaq mümkündür. Insanın psixoloji durumu onun bioloji yaşını təyin edir.

 

“Bilirsinizmi?” rublikasınn növbəti paylaşımında “Psixoloji qocalmanın” markerləri ilə tanış ola bilərsiniz.

 

Psixoloq Almaz Əskərova

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button