Hər birimiz gündəlik və normal yaşam sürdüyümüzü zənn edərkən, beynimiz biokimyəvi olaraq işləməyə davam edir.
Maddi narahatlıqlar, iş stressi, ailə və uşaqlar beynimizin ifraz etdiyi hormonlar və maddələrin dəyişməsi ilə hədəf orqanlarımıza zərər verir.
Dəri xəstəliklərindəki stress faktoru ilə əlaqəli ən əhəmiyyətli xəstəlik, xəyal edə biləcəyiniz kimi, sədəf (dəmirov) xəstəliyidir. Bundan əlavə tez-tez, saç tökülməsinin stresss səbəbli olduğunu müşahidə edirik.
Qızarıqlıq, qaşıntı bizim ən zərif, ən stressli və kədərli xatirələrimizdə psixoloji olaraq yaranan və bizə müraciət edə bilən dəri problemidir.
Xüsusilə, içərisində olanlari xaricə büruzə verməyən, içinə atan insanlarda görülər.
Bəzi dəri xəstəliklərində əsas problem həqiqətən psixiatrikdir. Heç bir fiziki simptom olmasa belə, bədən hissləri, funksiyalari pozula bilər. Bəzən, qaşıntılı yara, allergiya tipli qızarıqlıq və qaşınma, saç tökülməsi əsas səbəb ola bilər.
Dermatit, parazitoz xəstəliklər, dismorfofobiya və s. bu xəstəliklərdən bəziləridir.