PƏRVİN ABIYEVANIN TƏMTƏRAQLI AD GÜNÜNDƏN GÖRÜNTÜLƏR

19 Oct 2022    777

 

Ötən gün aktrisa Pərvin Abıyevanın 32 yaşı tamam olub. 

BAKU.WS xəbər verir ki, aktrisa ailə üzvlərini, yaxınlarını və dostlarını bir araya yığaraq özünə təmtəraqlı ad günü keçirib.

 

Abıyevanın doğum günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. Gecənin aparıcısı Samir Bayramlı olub. Pərvinlə dostlarının əyləndiyi qonaqlıq maraqlı şoularla yadda qalıb.

Aktrisanın doğum gününə qatılan məşhurlar arasında Xalq artisti Aygün Kazımova da olub. O, Abıyevaya böyük qızılgül buketi təqdim edərək onu ad günü münasibətilə təbrik edib. 

Qonaqlıq zamanı Abıyeva iki fərqli libasda olub. O, dərin sinə dekolteli geyimləri ilə bütün diqqətləri üzərinə çəkməyi bacarıb.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button