Fəxrəddin əlində sübutlar olmadığını deyəndə, mən Ayselin mənə verdiyi məlumatlar haqda danışdım, ona əlimdə Mr.Walkerin Artur Qəniyevə iri miqdarda məbləğin ödədiyi haqda sübutlar olduğunu bildirdim. Fəxrəddin bunu eşiddikdə çox sevindi, mənə gözləməli olduğumu bildirərək digər otağa keçdi, bir nemə dəgigə sonra mənim paltarlarım və əşyalarımla qayıtdı, arxa qaöıdan məni çıxardacağını bildirdi. Beləliklə mən Fəxrəddinin köməyi ilə o iyrenc yeri tərk etdim. Dərhal taksiyə minərək evə yollandım, evə çatan kimi duş qəbul edərək özümə nahar hazırladım. Elə televizora baxa-baxa nahar edirdim ki, qapı döyüldü. Mən qapını açanda Fəxrəddin təşfiq içində içəri girərək məndən Ayselin telofonunu götürüb onunla getməyimi istədi, məndə tələm tələsik hazırlaşaraq Fəxrəddinlə brlikdə mənzili tərk etdim. Biz onun avtomobilinə əyləşdik, avtomobildə Fəxrəddindən əlavə daha iki nəfər var idi. Biz əvvəlcə şəhəri tərk etdik, sonra isə mərkəzi yolu tərk edərək meşənin içi ilə davam etdik.
Avtomobili saxlayan kimi digər iki nəfər maşından düşüb, yük bölməsini açdılar və oradan kimisə çıxartdılar. Sonra Fəxrəddin avtomobildən düşərək mənim üçün qapını açdı və əlini uzatdı, mən onun əlindən tutaraq avtomobildən düşdüm, sonra birlikdə digər üç nəfərə yaxınlaşdıq, yaxınlaşanda mən o əli-qolu bağlı adamı tanıdım, o Artur Qəniyev idi. Fəxrəddin məndən telefonu istədi, mən nə baş verdiyini başa düşə bilmirdim, amma Fəxrəddin elə bil məni hipnoz etmişdi, ona görədə telefonu ona ötürdüm. O telefondakı şəkilləri Artura göstərərək:
Fəxrəddin sakit səslə
- Mr.Walker bu pulları sənə nə üçün verib, məqsədi nədir?
Artur qorxu içində
- Mənə o pul verməyib, biz birlikdə böyümüşük, atalarımızda, babalarımızda dost olub. Sən mənə inanmırsan?
Fəxrəddin
- Mənim sənə güvənməməyim üçün əlimdə sübutlar var. Əgər bu pulları nə üçün aldığını desən onda ölümündə ağrısız olacaq, yox deməsən, səni danışdırana qədər işgəncə verəcəyəm.
Artur
- Uca Simurqa and olsun mən Mr.Walkerdən pul almamışam.
Fəxrəddin
- Uca Simurqun adını dilinə gətirmə, sənin nə üçün xəyanət etdiyini mən yaxşı bilirəm. Uca Simurqun məni seçdiyi gündən, sən mənə paxıllıq edirsən.
Sonra Fəxrəddin məndən avtomobilə qayıtmağımı istədi, məndə onun sözü ilə avtomobilə qayıtdım. Ardınca Arturun işgəncədən bağırtıları gəlməyə başladı, o bağırtıları eşitməmək üçün mən maşənın audiosistemini işə salaraq musiqi dinləməyə başladım. Bir qədər sonra Fəxrəddin maşına əyləşdi və mənə gördüklərimi heç kimə danışmamağımı dedi. Mən ona hər şeyi başa düşdüyümü və susacağımı dedim, lakin məni maraqlandıran bir sual var idi və onu Fəxrəddinə verdim.
Sevinc
- Uca Simurq nə deməkdi?
Fəxrəddin
- Uca Simurq, Səməndər Quşu və ya Mələk Tovuz Canın adıdır. Əfsanəyə görə Simurq quşu Qaf dağında yaşayır, lakin bir çoxu səhvən düşünür ki, Qaf dağı Ağrı dağıdır, əslində isə Qaf dağı elə kiçik Qafqaz dağlarıdır.
Sevinc
- Sən özüvə seçilmiş deyəndə nəyi nəzərdə tuturdun?
Fəxrəddin
- Simurq insanlarla təmas üçün vasitə seçir, Zərdüşt bu vasitəçilərdən ən vacibi olub, indiki nəsildən isə Can məni seçib.
Sevinc
- Sənin mənə səhər dediyin ilə indi dediyin düz gəlmir, səhər sən Cana sitayiş edənlər haqda başqa cür danışırdın indi isə özün.
Fəxrəddin
- Mən sadəcə sənə sekta olduğunu dedim, səncə mən niyə o məclisdə idim, mən o sektada Canın səsiyəm, yoxsa mənim sözümlə səni ordan buraxmazdılar.
Davamı var...