PAYIZ AXŞAMI - VII hissə (18+)

01 Jan 2022    588

Mən mənzildən çıxan kimi ilk taksiyə minərək oradan uzaqlaşdım. Fəxrəddin ilə necə əlaqə saxlayacağımı bilmirdim, tələsdiyimdən Ayseldən onu necə tapacağımı soruşmadım, çünki qorxu və həyacan içində idim. Bir qədər düşündükdən sonra, qərara gəldim öyrənim görüm telefonda hansı məlumatlar var ki, ona görə Ayseli ölümü göz qarşısına alıb. Beləliklə qərara gəldikdən sonra telefonu anamın əmisi nəvəsi Ayaza apardım. Ayaz uşaqlıqdan texnologiyaya xüsusi maraq göstərir. O Ayselin telefonunu komputerə qoşaraq bir neçə dəqiqə içində şifrəsini qıraraq bütün məlumatları diskə yazaraq mənə verdi. Mən evdə saatlarla diskdəki məlumatları araşdıraraq maraqlı şəkillərlə rastlaşdım. Həmin şəkillərdə ödəniş hesabatları idi, o hesabatlarda Mr.Walker Artur Qəniyev adında bir şəxsə iri məbləğdə ödənişlər edib. Hesabıma görə ümumilikdə 520 000$ və bu yalnız Ayselin qeyd edə bildiyi ötürmələrdi. Nədənsə bu ad mənə çox tanış gəlirdi, bütün gecə bu adı haradan eşitdiyimi yada salmağa çalışırdım, birdən yadıma düşdü, Artur Ağai Fəzailin sürücüsünün adıdı, Ağai Fəzail isə Mr.Walker kimi otelimizin daimi qonaqlarındandır, lakin onları heç vaxt bir yerdə görməmişəm. Sevgilim Faiq otelə tez-tez gələn sürücülər ilə münasibətdə olduğu üçün, ona zəng etmək gərarına gəldim, bəlkə o bilir Arturun soyadını. 

Sevinc 

- Salam mənim Qara Ayım, bütün günü sənsiz darıxmışam, ne edirsən indi.


Faiq

- Salam Pişiyim, indi növbədəyəm, sən nə edirsən? Bir gün səni görməmişəm deyə burnumun ucu göynəyir.


Sevinc 

- Səndən bir söz soruşmaq istəyirəm, iranlının sürücüsü Arturun soyadını bilmirsən?


Faiq

- Onun soyadı sənin nəyinə lazımdı? 


Sevinc

- Rəfiqəm deyir onun sevgilisi sürücü işləyir, adı Artur Qəniyevdi, bilmək istəyirəm odu yoxsa yox?


Faiq

- İndi otelə gəlib gedənlərin qeydlərinə baxıb sənə deyərəm, əgər elə olsa rəfiqənə de ondan uzaq dursun?


Sevinc

- niyə?


Faiq

- Orasını deyə bilmərəm, amma onu deyə bilərəm ki, Ağai Fəzail və ətrafındakılar çox təhlükəli adamlardı, onlara salam belə verilməz.


Telefon danışığından beş dəqiqə sonra Faiq mənə geri zəng elədi və çübhəmi təstiqlədi. Bundan sonra məndə maraq dahada gücləndi deyə, növbəti gün otel ətrafında taksilik edən sürücülərdən birinə pul verdimki Arturu izləsin. Bir neçə ğündən sonra taksi sürücüsü mənə bildirdi ki, Artur Gənclik metrosu tərəfdə bir villada qalır və o villada aydın olmayan hadisələr baş verir, ora iri kütlə yığılır, xüsusən gözə çarpan odur ki, villaya gələn xanımlar çarşab və örtükdə gəlirlər, kişilər isə xüsusi geyimdə və giriş üçün xüsusi medalyonları mövcuddur. 


Orada nə baş verdiyini öyrənmək üçün məndə çarşab və örtük geyinərək,  xanəmların sırasına daxil qarışıb villaya daxil oldum, lakin gözləmədiyim baş verdi, onlar villaya daxil olan kimi çarşabı və örtüyü açdılar və tam çılpaq vəziyyətdə qaldılar, lakin mənim əynimdə geyim olduğu üçün bildim ki, mən əgər çarşabı soyunsan altında geyim olduğu üçün yad olduğumu başa düşəcəklər, çarşabı soyunmasamda həmçinin...  

 

Davamı var...

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button