Son vaxtlar həyatımda baş vermiş hadisələrə baxmayaraq, hazırda duyduğum gərginliyi heç vaxt duymamışdım. Kimisə öldürməyi düşünmək belə mənə qarın ağrısı və ürək bulantısı verir. Amma seçimim yoxdur, mən bunu etməsəm onda öz sonum çatacaq. Artıq neçə gündür Faiq evdən çıxan kimi Fəxrəddinə xəbər edirəm ki, gəlib mənə silahdan istifadə təlimi keçsin. Dəqiq atəş, silah ilə çevik davranma, atəş açarkən gözü yummamaq, nişan almağı vərdişə çevirmək, sürətlə düşünərək bir neçə addımı ncədən görmə. Bütün bunlar vaxt tələb edir, lakin mənim vaxtım çox azdır, lakin Fəxrəddinin sözlərinə görə məndə silahla davranmaya anadan gəlmə istedad var. Mən iki həftə ərzində lazım olanları mənimsəyib bu işi tamamlamalıyam.
4 sentyabr 2021, çənbə günü saat 09:00. Mən bugün bu işi tamamlamalıyam, bir cəhtim var. Otelə üzüm kameralara düşmədən girməliyəm. Ön qapıdan girmək ümumiyyətlə düşüncəsiz olar, çünki oteldə çoxu məni tanıyır, dayanacaq qapısında növbəti avtomobil keçərkən daxil ola bilərəm, əynimdəki işçi kombinizonu və üzümdəki tibbi maska kimliyimi gizlədəcək. Budur qaraj qapısı növbəti avtomobilin çıxması üçün açıldı, məndə bundan istifadə edərək dayanacağa daxil oldum və asta templə yük liftinə tərəf istiqamət aldım. Əsas olan ani davranış edərək fikir cəlb etməməkdir. Liftə daxil olduqdan sonra dördüncü mərtəbəyə qalxmaq üçün müvafiq düyməni seçdim. Sonra telefonun qulaqlığını taxaraq Bi2 qrupunun "Hipster" mahnısını qoşdum ki, həm müsiqi ilə öz həyacanımı boğum, həmdə kənar səslərə fikrim yayınmasın. Hazır vəziyyətdə liftin qapısının açılmağını gözləyirəm, qapı açılan kimi, Mr.Walker qaldığı nümrəyə tərəf üz tutdum, qapıda iki mühafızəçi dayanıb, şəxsi mühfizəçilərin bu qapı önundə növbə çəkməsi otelin qaydalarına zidd olasada, nüfüzlu şəxlər bildiklərini edirlər. Mən onlara bir neçə addım qalmış səsboğucusu olan silahı çıxardib əvvəlcə birinin boğazından dəqiq atəşlə zərərsizləşdirdim, sonra isə digərinin. Sonra yerdəki cəsədlərdən birini qaldırdım, qapının kilidinə bir neçə atəş açaraq onu sıradan çıxartdım. Cəsədi qapıya döğru itələdim. Cəsədin ağrlığından qapı açıldı, içəridıkilər dər hal cəsədə döğru güllə atmağa başladılar, mən isə dəqiq atəşlə içəridə olan iki mühafizəçini zərərsizləşdirdim. Açılan atəş səslərini otelin mühafizəçiləri eşitdikləri üçün, mənim vaxtım çox azdır. Mən silahımın darağını dəyiçərək nömrəyə daxil oldum, Mr.Walker vanna otağında gizlənib, yəginki üzərində silah var. Mən dərhal düşünməyə başladım, əgər mən onun yerinə olsam nə tədbir görərəm. Mən içəri daxil olan kimi o atəş açmağa başlayacaq, onun reaksiya verənə ədər mən bacardıqca içəri daxil olmalıyam, çünki o qapı istiqamətində atəş açacaq, qapıran nə qədər aralı olsam güllələrdəndə o qədər aralı olacağam. Mən geri çəkilərək vanna otağının kilidini nişan aldım, atəş açan kimi qaçaraq qapını çiynim ilə açmalıyam. Mən elə nişan almışdım ki, ənsəmə soyuq bir əşyanın toxunduğunu hiss elədim. Sonra isə kimsə arxadan mənim qulağlığımı çıxardaraq dedi.
- Silahı astaca aşağı sal.
Bu səs Faiqin səsi idi.
Davamı var...