Təhlükəsizliyi üçün Faiq məni dayısı Rüstəmin evinə apardı, dayısı işlə bağlı Moskvaya köçdüyü üçün Bakıdakı evi boşdur. Bir neçə gündür burada olmağıma baxmayaraq mən hələdə təşviş içindəyəm, hər an nəsə olacağını düşünürəm. Təhlükəsizliyim üçün mən öz telefonumu mənzilimdə qoymuşam, Faiqin dediyinə görə mobil cihaz vasitəsi ilə mənim yerimi tapa bilərlər, əvəzinə mənə başqa telefon verim, xüsusi hallarda ona və ya lazım olarsa polisə zəng etməyə. Gün ərzində işim özümə yemək hazırlamaqdan, televizora baxmaqdan və kitab oxumaqdan ibarətdir, həyatım mənə Marmot Günü filmini xatırladır, yalnız fərq ondadırki, Phil Connors bir şəhərdə qapalı qaldığı halda mən bir bağ evində qapalı qalmışam. Lakin 14-cü gün hər şey dəyişdi, avtomobil səsi eşidərək mən Faiqin verdiyi telefonu götürərək pəncərəyə yaxınlaşdım, tanimadığım maşın olduğunu görəndə Faiqin nömrəsini yığmağa başladım, lakin Fəxrəddinin düşdüyünü gördükdə zəng düyməsini tıklamayıb, qapıya tərəf yeriyib o çatmadan qapını açdım.
Sevinc
- Salam, təzə xəbər var?
Fəxrəddin
- Kəndarda münasib deyil müzakirə, yaxşısı içəri keçək.
Sonra o içəri keçərək telefonunu və pul-qabını masanın üzərinə qoyaraq kresloda əyləşdi, mən isə üzbə-üz kresloda.
Fəxrəddin
- Bu vəziyyətdən çıxmağın bir yolu var, oda Mr.Walkeri aradan qaldırmaq, sifarişci sağ olduqca muzdluların arası kəsilməyəcək.
Sevinc
- Başqa variant yoxdur, onu tutdurmaq və ya mən ölkəni tərk eləsəm?
Fəxrəddin
- Onun siyasi toxunulmazlığı var deyə polis şikayətə baxan deyil, qaldıki ölkəni tərk etməyə, sən neçə il xaricdə gizlənəcəksən, həmdə onların hər yerəəli çatır. Sən yaxşısı Faiqə zəng elə.
Sevinc
- Ona niyə zəng etməliyəm?
Fəxrəddin
- Mr.Walker günlərdi oteldən çıxmır, ona görədə onu oteldə öldümək lazımdır, Faiq oteldə mühafizəci işlədiyi üçün bütün giriş və çıxışları bilir.
Sevinc (əsəbi tonda)
- Sənin başın qaçıb? Faiq sənin üçün Killer Leondu nədi? Mən ümumiyyətlə razı ola bilmərəmki o mənə görə əlini qana batırsın. Əgər sizə otelin bütün giriş və çıxışlarını bilən biri lazımdırsa, buyur mən.
Fəxrəddin
- Birincisi mənimlə bu tonda danışma, ikincisi isə sən heç vaxt əlində silah tutmamısan, amma Faiq hərbi xidmət dövründə snayper olub və üç erməni deversantını qətlə yetirib.
Sevinc
- Hər şeyin bir ilki olur, mənim düzgün silah tutmağı öyrənməyim məncə mümkünsüz deyil. Onsuzda bütün günü burda boş bekaram.
(Əziz oxucular əgər hekayələrin intensiv çıxmağını istəyirsizsə mümkün qədər paylaşımlardan sonra gələn bannerləri tıklayın)
Davamı var...