Digər iki nəfərdə avtomobildə əyləşdik dən sonra Fəxrəddin məni evə qaytardı. Mən mənzilə daxil olan kimi paltarımı soyunaraq duş qəbul etmək üçün vanna otağına girdim. Yalnız duşun altında mənim zehnim açıldı və nə baş verdiyi mənə tam çatdı. Ona qədər baş verənləri mən izləyici kimi görsəmdə, duş qəbul edərkən başa düşdüm ki, bütün bu olanlarda mən sadəcə izləyici deyiləm, bu hadisələrin iştirakçılarından biriyəm, və bütün bu olanlar bir macəra filmi deyildə, acı reallığıdır. Mənim verdiyim sübutlara görə Fəxrəddin və əlaltıları meşədə amancasizcasina Arturu qətlə yetirdilər. Mən dəhşətli hadisənin sadəcə şahidi deyil həmdə səbəbkariyam. Mən polisə müraciət edib olanları onlara danışa bilərəm, lakin onlara nə deyəcəyəm, bütün gördüklərimi danışsam mənə inanmayacaqlarını bilirəm, hətta inansalar belə, mən hardan bilə bilərəm ki, o sektada polis nümayəndələri yoxdur. Mən duşun altında bunları düşünürdü ki, səs eşitdim, kimsə mənzilə daxil olmuşdu. Mən dərhal vanna otağından çıxdım, o qədər həyəcanlı idim ki, xalat belə geyinməmişdim. Elə vanna otağından çıxmışdım ki, bir nəfər maskalı, əlində bıçaq mənə hücum elədi. O boğazımdan yapışaraq ənsəmi divara çırpmağa başladı, mən qorxu içində əlimdə olan şampun qabını sıxaraq onun gözlərinə fışqırtdim, o məni buraxaraq gözlərini silməyə başladı. Mən ayağa qalxmağa çalışdım, lakin zərbələrdən başım gicəllənirdi. O gözlərini sildikdən sonra mənim saçımdan yapışaraq mətbəxə tərəf aparmağa başladı. Mən var səsimlə çığırmağa başladım, o saçımı buraxaraq qarnımdan təpikləməyə başladı. Sonra ayağını qaldıraraq üzümdən təpiy vurmaq istəyərkən, qapı açıldı və Faiq içəri girdi, o Faiqə tərəf dönərək ona hücum elədi, Faiq əlini irəli ataraq bıçaqdan yapışdı, digər əli ilə isə güclü zərbələrlə onu bihuş etdi. Maskalı yerə yixildiqdan sonra isə Faiq dabanı ilə onun başına zərbələr endirməyə başladı. Mən ayağa qalxaraq Faiqi qucaqladım, sonra isə mətbəxdən sarğı götürərək onun əlini sarıdım. O məndən xalat geyinməyini tələb elədi və məndə geyindim. Sonra Faiq maskalının əllərini istilik sisteminə bağladı, bu zaman qapı döyüldü, Faiq qapını açdıqda Fəxrəddin içəri daxil oldu.
Faiq
- Sən kimsən və icazəsiz içəri girirsən?
Fəxrəddin
- Mən Sevincin rəfiqəsi Ayselin nişanlısıyam, adım Fəxrəddin di. Bəs sən kimsən?
Faiq
- Mən isə Sevincin nişanlısı Faiqəm. Və mənə maraqlıdır sən niyə bu saatda nişanlımın evinə soxulursan.
Fəxrəddin
- Çünki nişanlının həyatı təhlükədədir, istəmirəm oda Aysel kimi reanimasiyaya düşsün.
Faiə
- Sən gecikmisən, mən artıq canını zərərsizləşdirmişəm.
Fəxrəddin
- Bir arını öldürməklə, arı sürüsünə son qoymaq olmaz. Gərək biz məsələni kökdən həll edək.
Davamı var...