ÖPÜŞMƏYİN FAYDALARI

17 May 2022    890

 

Öpüşmək adətən sevinc gətirir. Amma məlumdur ki, bu proses həmdə sağlamlıq və yaşam üçün böyük üstünlüklərə malikdir.

 

“Journal of Neural Engineering” jurnalında dərc edilmiş məqalədə Kaliforniya Universitetinin alimləri bu məsələyə aydınlıq gətiriblər.

- Öpüşmək metabolizmi sürətləndirir

Düzdür, öpüşmək bu baxımdan 5 kilometrə qaçış qədər effektli deyil, lakin dəqiqəyə 2 kalori yandırır.

 

- İmmuniteti yaxşılaşdırır

Öpüşən zaman insanlar milyonlarla bakteriya mübadiləsi edirlər. Və müxtəlif bakteriyalarla mübadilə edərkən orqanizm onlarla mübarizəyə uyğunlaşır, immunitet güclənir.

 

- Xoşbəxtlik hormonlarının istehsalını artırır

Tədqiqatlara əsasən, öpüşən zaman dofamin, oksitosin və serotonin daxil olmaqla bir sıra faydalı maddə istehsal edilir. Onların funksiyası beyində həzz mərkəzlərini stimullaşdırmaq və insanın əhval-ruhiyyəsini yaxşılaşdırmaq, stresi və gərginliyi azaltmaqdır.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button