16 YAŞLI NİŞANLI QIZ YOXA ÇIXIB

25 Jul 2022    700

Bakıda 16 yaşlı qızın itkin düşməsi barədə polisə müraciət edilib.

 

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, 1997-ci il təvəllüdlü İ.Əsgərov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət edərək bildirib ki, nişanlısı, 16 yaşlı A.Nəcəfova iyulun 19-dan itkin düşüb.

 

O, nişanlısının Binəqədi qəsəbəsi Gülüstan küçəsində yaşayan evdən həmin gün saat 17 radələrində çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

 

BAKU.WS

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button