MOYONEZSİZ SALAT RESEPTİ

21 Jun 2022    745

Az ərzaqla tez hazırlaya biləcəyiniz dadlı və faydalı salat. Xüsusən də pəhrizdə olanlar üçün idealdır. 

Mayonezsiz pəhriz salatının reseptini təqdim edirik:

 

Tərkibi:

 

0,5 kq kələm ( ağ və ya qırmızı )

2 ədəd yerkökü

yarım dəstə şüyüd

zövqə görə qırmızı, ağ və ya göy soğan

Sousu üçün:

 

3 xörək qaşığı zeytun yağı

1-2 xörək qaşığı limon şirəsi

1 çay qaşığı xardal

duz

Hazırlanma qaydası:

 

İlk öncə qırmızı və ya ağ kələmi nazik doğrayın. Yerkökünü rəndənin iri gözündən keçirin. Yarım dəstə şüyüdü xırda doğrayın. Bir qabda xırda doğranmış kələm, şüyüd və rəndələnmiş yerkökünü qarışdırın. Sousu hazırlamaq üçün başqa bir qabda zeytun yağı, limon şirəsi, xardal və duzu qarışdırın. Sousu salata əlavə edib yaxşıca qarışdırın. Zövqə görə salata ağ, qırmızı və göy soğan əlavə edə bilərsiniz. Salat hazırdır!

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button