QARA NÖQTƏLƏRƏ QARŞI 2 ƏN EFFEKTİV MASKA .

12 Dec 2022    879

Yumurta ağı maskası

Salfeti yumurtanın ağına bulayıb burun nahiyəsinə yapışdırın. Salfet quruyana kimi gözləyin. Daha sonra salfeti dartıb qopardın. Həssas dəriyə sahib olanlar əvvəlcə salfeti isladıb sonra təmizləməlidirlər.

Yumurta ağı qara nöqtələri təmizləməklə yanaşı, onların yenidən yaranmasını da gecikdirir. Bu maskadan öncə də mütləq allergiya testi edin.

Soda maskası

1 xörək qaşığı soda ilə eyni miqdarda mineral suyu qarışdırın. Maskanı burun nahiyəsinə çəkib masajla dəriyə yedizdirin. 5-10 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin.

Soda maskası dərini dərindən təmizləyir, hamarlaşdırır və dərini qara nöqtələrdən ən az 3 gün müdafiə edir. Maskadan həftədə 1-2 dəfə istifadə etmək lazımdır.

Qeyd edək ki, allergiya ehtimalına qarşı maskanı öncə biləyinizə çəkib 5-10 dəqiqə gözləməli daha sonra istifadə etməlisiniz.

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button