MANİPULYASİYA EDİLDİYİNİZİ NECƏ ANLAYARSINIZ ?

01 Jun 2022    697

Manipulyasiya edildiyinizi fərq edə bilmək üçün, diqqət yetirməniz lazım olan ilk şey: qarşınızdakının sizdən bir şey istəyərkən onun necə davranmasıdır. Normalda heç nəzakətli olmayan bir yoldaşınız sizdən bir şey istəyərkən dünyanın ən nəzakətli insanına çevrilirsə, manipulyasiya edilmiş ola bilərsiniz.

 

Biri sizdən bir şey istədiyində və siz bunu etmədikdə necə hiss etdiyinizə fikir verin. Xeyr deməkdən çəkinir, istəmədiyinizi ifadə edərkən günahkar hiss edir ya da utanırsınızsa, qarşınızdakı adam sizi manipulyasiya eləmiş ola bilər. Manipulyasiyanın məqsədi başqa insanları idarə etmək olduğundan, “günahkarlıq psixologiyası” yaratmaq, ən tez-tez istifadə metodlardandır.

 

Manipulyasiya üçün tez-tez müraciət edilən üsullardan biri də əsəbləşməkdir. Sizdən bir şey istəyən adamın “xeyr” cavabınız qarşısında qəzəbinin necə dəyişdiyinə diqqət edin. Hirs duyğusu bəzən başqaları üzərində nəzarət qurmaq üçün istifadə edilə bilər. Bu vəziyyət hirsin hədəfi olan adamın qorxularını ortaya çıxararkən; hirsin nəticələrindən qorxan adam hirsli adama istədiyini vermək məcburiyyətində olduğunu hiss edər.

 

 

 

Manipulyasiya edilməmək üçün diqqət yetirməniz lazım olan bir başqa mövzu, daima qurban rolu oynayan kəslərdir. Hər zaman köməyə ehtiyacı varmış kimi ümidsiz və çarəsiz görümek, bəzi kəslər üçün manipulyasiya silahıdır. Ətrafınızda bu tərz insanlar varsa, istədiklərini əldə etdikdən sonra vəziyyətlərinin necə dəyişdiyinə diqqət edin. Bu kəslər istəkləri qarşılandığı zaman çox daha yaxşı olurlar, bir sonrakı istəklərinə qədər…

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button