NANƏLİ LİMONAD RESEPTİ

25 Jun 2022    736

Tərkibi:

Sirop üçün:

200 qr şəkər tozu

200 ml onun

1 limonun sürtgəçdən keçirilmiş qabığı

 

Limonad üçün:

200 ml limon suyu ( 6 limon)

1 limonun sürtgəçdən keçirilmiş qabığı

 

1 litr qazlı su

 

Bəzənməsi üçün:

bir neçə nanə yarpağı + limon

 

Hazırlanması:

Sirop: balaca qazana şəkər tozunu qoyun. Daha sonra su və sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin. Qazanı ocağa qoyun, 3 dəqiqə qaynadın. Qazanı ocaqdan götürün. Nanə zoğları əlavə edin və 10 dəqiqə otaq temperaturunda, ağzı bağlı saxlayın. Sonra isə soyudun. Limonad: limonları sıxın, tənzifdən süzüb, başqa bir qaba tökün. Sürtgəçdən keçirilmiş limon qabığını əlavə edin və qarışdırın. Soyudulmuş siropun içindəki nanə zoğlarını götürün, limonada əlavə edib qarışdırın.

 

Daha sonra limonada qazlı suyu əlavə edin. Soyuducuya qoyun. Ən azı bir saat saxlayın. Süfrəyə verməzdən qabaq dolçaya (sürahiyə) tökün, limon dilimləri və nanə yarpaqları ilə bəzəyin.

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button