KÖKƏLMƏK İSTƏYƏNLƏR ÜÇÜN XÜSUSİ MENYU

15 Jul 2022    787

İndiyə qədər "Necə arıqlayaq?" mövzusunda tövsiyələr çox eşitmişik. Bu gün isə bir çoxlarını düşündürən belə bir sual var - "Necə kökəlim?"

 

Araşdırmalara görə, kökəlməmək problemi əsasən kişilərdə yaşanır. Qadınlarda da eyni problemə rastlana bilər. Unutmayın, alınan kalori sərf edilən kaloridən çox olarsa, kökələ bilərsiniz.

 

Maddələr mübadiləsi səhərlər sürətli işləyir, axşama doğru isə yavaşlayır. Maddələr mübadiləsinin yavaşladığı saatlarda yediyiniz yeməklər sizə daha çox çəki qazandıracaq.

 

Kökəlmək istəyənlərə bu arzusunu gerçəkləşdirmək üçün bəzi tövsiyələr təqdim edirik

 

Səhər yeməyini ötürməyin, mütləq yeyin

 

Hər səhər mütləq yemək yeyin. Səhər yeməyini erkən saatlarda etməniz eynilə balaca körpə kimi ideal bədənə qovuşmanıza yardım edəcək. Balaca dilim çörək+kolbasa, ya şirin kökə ilə ötüşdürməyin.

 

Axşam meyvə və salat yemək

 

Axşam meyvə və salat yeyirsinizsə, kökəlməyi unudun. Çiy olan bu qidalar həzmi çətinləşdirdiyi üçün gecə rahat yatmanızı əngəlləyər.

 

Axşam çox gec yatmaq

 

Əgər siz saat 23:00-02:00 saatlar arasında yatmırsınızsa, o zaman kökəlməyi unudun. Kökəlməniz üçün bu saatlar arasında yatmalısınız.

 

Kökəlmək üçün yeməklərə kiçik miqdarda atılan kətan toxumunun qısa müddətdə faydasını görəcəksiniz.

 

"Nə gəldi yemək, təki ağzım işləsin" üsulu ilə kökəlmək mümkün deyil. Bunun yerinə həcm olaraq kiçik, amma tərkibi kalorili olan yeməklər daha təsirlidir.

 

Səhər yeməyindən sonra 2 əsas yemək, 2 ara yemək ən ideal qidalanma şəklidir. Bu qidalar zamanı protein və karbohidrat qəbuluna diqqət edin.

 

Qidalanma tövsiyələri:

 

Səhər yeməyinə 1 dilim taxıllı çörək və fıstıq əzməsi əlavə edin.

 

Ara yeməklərdə qoz, fındıq, badam, quru ərik, fıstıq, şokolad yeyin.

 

Sobada qızardılmış kartof, toyuq, balıq, süd, pendir, qatıq kimi qidalara üstünlük verin.

 

Şəkər tərkibli içkilər yerinə təzə sıxılmış meyvə suları, süd için.

 

Özəlliklə axşam saatlarında kökəlmək üçün çörək, makaron, plov yeyin.

 

Yediyiniz şirniyyatın enerji dəyərini artırmaq üçün içinə 2 qaşıq qoz əlavə edin.

 

Səhərlər çay yerinə südün içinə 1 çay qaşığı bəhməz qataraq için.

 

Yeməklərdə ədviyyat istifadəsini artırın. Özəlliklə nanə, qırmızı bibər kimi ədviyyatlar iştahaçıcıdır.

 

Suyu yeməklərdən sonra için.

 

Kökəldən qidalar:

 

Yulaf əzməsi

 

Üzüm şirəsi

 

Quru üzüm

 

Quru ərik

 

Küncüt

 

Balıq yağı

 

Fındıq yağı

 

Kətan toxumu

 

Quzu ciyəri

 

Yumurta

 

Kərə yağı

 

Ananas suyu

 

su qəbul etmək

 

Qoz

 

avokado

 

Çörək

 

Qara düyü

 

Kökəldən menyu

 

Səhər: 60 qr tam yağlı pendir, 1 ədəd qaynanmış yumurta və ya qayğanaq, 5 ədəd zeytun, 2-3 dilim çörək, 1 çay qaşığı bal/qaymaq, 1 stəkan tam yağlı süd

 

Ara yemək: 1 ovuc qoz-badam, 1 kasa tam yağlı yoqurt

 

Günorta: 120 qram qızardılmış toyuq, ya da balıq, 2-3 dilim çörək, 1 kiçik kasa zeytun yağlı salat, 1 stəkan ayran

 

Ara: 1 stəkan meyvəli milkshake ya da meyvə ətirli süd, 1 ovuc badam ya da fındıq

 

Axşam: 1 qab quru paxlalı yemək, ya da 120 qr qızardılmış ət, 1 qab plov, ya da tərəvəz souslu makaron, 1 kasa qatıq

 

Ara: 1 pors südlü şirniyyat, 1 ovuc fıstıq

 

Milli.Az

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button