KOFE İLƏ DƏRİNİZİ TƏMİZLƏYİN

19 Mar 2022    708

Dərinizi ölü hüceyrələrdən, qara nöqtələrdən təmizləmək üçün vaxtaşırı pilinq etmək məsləhətdir.

 

Türkiyə mətbuatına istinadən bunun üçün bahalı prosedurlara və ya kremlərə ehtiyac yoxdur. Təqdim edəcəyimiz skrab sayəsində dəriniz yenilənəcək, qan dövranı sürətlənəcək.

 

Lazım olanlar:

 

1 ç.q türk qəhvəsi

 

1,5 x.q zeytunyağı

 

1 ş.q kakao

 

yarım ədəd limonun suyu

 

1x.q şəkər tozu

 

1 dolu ç.q dəniz duzu

 

Bütün ərzaqları eynicinsli kütlə alınanadək qarışdırın. Bu skrabı iki həftədən bir istifadə etmək məsləhətdir. Quru dəriyə sahib olan xanımlar zeytun yağının miqdarını artıra bilər.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button