Kişilər diqqətlə oxusun. Qadın qarşısındakı kişidən nə gözləyir? Zərif cinsin nümayəndələrini xoşbəxt etmək heç də hamının düşündüyü kimi çətin deyil. Bunun üçün nə bahalı hədiyyələr, nə çoxlu pul, nə də nəisə riskli, qeyri-adi addım atmaq lazımdır.
Yaradıcı olun. Hər işdə yaradıcılığınızı işə salmağa çalışın. Məsələn, hər dəfə çiçək hədiyyə etmək yerinə fərqli, maraqlı başqa hədiyyələr alın və ya öz əlinizlə hazırlayın.
Dürüst olun. Nəinki qadınlar, heç kim yalandan xoşlanmır. Etdiyiniz pis hərəkət olsa belə çalışın hər zaman doğruları danışın. Unutmayın ki, hər yalanın üstü bir gün açılır. Ona doğrunu deməyiniz qadınları daha xoşbəxt etməyə kömək edəcək.
Qucaqlaşın. Qucaqlaşmaq üçün hər hansı bir özəl günü gözləmək lazım deyil. Fürsət tapdıqca sevdiyiniz qadını möhkəm-möhkəm qucaqlayın və ona verdiyiniz dəyəri hərəkətlərinizlə göstərin. Birlikdə fotolar çəkdirin.
Xoşbəxt olun. Qadını cinsi təlabatları ödəmək üçün bir vasitə görməkdən çəkinin. Onunda yataqda xoşbəxt olmasını təmin etməyə çalışın. Unutmayın ki, əgər qadın xöşbəxt deyilsə, heç kim xoşbəxt olmayacaq.
Gülün. Onunla birlikdə gülməyə çalışın. Bunun üçün çox üsul var – kinoya gedin, birlikdə əylənin və sairə. Qadınlar onları güldürməyi bacaran kişiləri daha çox sevirlər.
Utanma de. Onu sevdiyinizi açıq aşkar deyin. Ürəkdən deyilən “səni sevirəm” sözünü heç bir başqa söz əvəz edə bilməz.
Qısqanmayın. Onun hər işinə müdaxilə etməyin. İlk növbədə isə gərəksiz qısqançlıqlarla bezdirməyin.
Aparılan araşdırmalara görə, qadınlar həyatı boyu özlərini xoşbəxt hiss etmək üçün külli miqdarda pul xərcləyirlər. Amma kosmetik vasitələrlə, geyim, ayaqqabıdan başqa onları xoşbəxt edən başqa yollarda var. Aparılan sorğulara görə, qadını xoşbəxt edən faktorlar aşağıdakılardır:
Sevgilidən gələn etiraf
Öz gözəl saçları
Gözəl ayaqlara, dəriyə sahib olduğunu bilmək
Gecə yaxşı yatmaq
Özünü sahibli hiss etmək