KOSMETOLOGİYADA İLBİZ SELİYİ

22 Sep 2022    971

 

Pasientlərimiz tərəfindən tez-tez ilbiz seliyi tərkibli kosmetik vasitələrlə bağlı suallar gəlir. Seliyin terkibi, müalicəvi özəlliyi haqda sizə məlumat vermək istəyirəm.

 

İlbiz seliyinin tərkibi kollagen, qlikoprotein və qlikozaminqlikan fermenti, peptidlər, hyaluron turşusu, allantoin, C, A və E vitaminləri ilə zəngindir.

 

Faydalı təsirləri:

Dərini UV şualardan qoruyur

 

Antioksidant təsiri ilə dərini gəncləşdirir

 

Yara, yanıq və sıyıqların sağalmasını tezləşdirir

 

Qırışla mübarizə aparır, dəri relyefini düzəldir

 

Dəri elastikliyi və tonusunu artırır

 

Çapıq və ləkələrlə mübarizə aparır

 

Zamanında istifadə olunarsa striyaların əmələ gəlməsinin qarşısını ala bilir

 

Akne, iltihabi səpgiləri azaldır, dəri rəngini təravətli edir

 

Dərini mikroblardan qoruyur

 

Genəlmiş məsamələri daraldır

 

Fotoqocalmadan dərini qoruyur

 

Dəridəki qabıqlanmanı götürür, üst buynuz qatdan dərini təmizləyir.

 

Dr. Bilqeyis Mustafayeva

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button