HƏSSAS DƏRİNİN ƏLAMƏTLƏRİ

13 May 2022    193

Qızartı, qıcıqlanma və ya qaşınma? Ola bilsin ki, həssas dərin var. Həssaslıq dərinin müxtəlif amillərə qıcıqlanma ilə cavab verdiyi vəziyyətdir. Statistikaya görə, həssaslıq problemi ilə inkişaf etmiş ölkələrin sakinlərinin 50%-dən çoxu qarşılaşır. Həssaslıq simptomlarına quruluq, soyulma, qızartı, dartınma, səpkilər, qaşınma, ağrı və yanma aiddir və hətta yağlılığa meylli olan dəri də həssas ola bilər.

Dərinin həssaslığı həm anadangəlmə xüsusiyyət ola bilər, həm də günəşin və ya aqressiv ətraf mühitin təsirinə, kosmetikanın komponentlərinə, stressə temperatur dəyişiklikləri, soyuq və küləyə müvəqqəti reaksiya ola bilər. Həssaslıq adətən zəifləmiş qoruyucu maneəyə görə yaranır və dərinin xarici qıcıqlandırıcılara qarşı yüksək həssaslığı ilə müşayiət olunur.

Həssas dərinin əlamətləri

1. Dərin hava dəyişikliklərinə reaksiya verir

Dəri həssas olduqda, soyuq və ya külək iltihab, quruluq, qızartı və ya qaşınmaya səbəb ola bilər.

2. Dərinin təmizlənməsindən sonra sən dartılmanı, yanmanı və ya qaşınmanı hiss edirsən

Bir çox yuyucu vasitələr həssas dərinin reaksiya verdiyi sulfatlar və ətirləyicilərdən ibarətdir.

3. Qulluqedici və ya dekorativ vasitələr çəkərkən sən ağrı hiss edirsən, və dəri qızarmağa başlayır

Dəriyə qulluq vasitələri diskomfort yaratmamalıdır, buna görə də ola bilsin ki, sənin dərin həssasdır və ya dərin üçün uyğun olmayan məhsullardan istifadə edirsən.

4. Dərində iltihablar var

İltihablar və qızartı mütləq dərinin yağlılığı ilə əlaqəli deyil - onlar onun yüksək həssaslığının əlaməti ola bilər.

5. Günəşdə qalmağın bir neçə saniyəsindən sonra səndə qırmızı səpki əmələ gəlir.

Həssas dəri ultrabənövşəyi təsirləri pis keçirir və qırmızı səpki və ya ləkələr şəklində reaksiya ilə cavab verə bilər.

6. Dərin qurudur və soyulur

Həssas dərinin qoruyucu maneəsinin bütövlüyü pozduğuna görə, o, nəmi daha etz itirir və quru və kobud olur, qaşınma və soyulma yaranır.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button