HƏR ZAMAN HAZIR YEMƏYİNİZ OLSUN

19 Nov 2022    825

Bu gün çox işinizə yarayacaq bir resept paylaşıram. Boş vaxtlarınızda hazırlayıb buzluğa qoyun. Hər zaman hazır yeməyiniz olsun

 

Lazım olan ərzaqlar : 

• 4 stəkan un

• 1 yumurta

• 1 ç.q duz

• 2 x.q duru yağ

• İlıq su (məndə bir stəkan yarım su getdi.)

 

Bir qaba unu əlavə edin. Üzərinə yumurta, duru yağ və duzu da əlavə edin.Sonra üzərinə az-az su əlave edib xəmir yoğurun. Xəmir quru olmalidi. 15-20 dəqiqə qoyun xəmir dincəlsin. 

 

İçlik üçün :

• 300qr ət

• 1 böyük soğan

• Duz, istiot 

Əti soğan ilə maşından keçirib duz istiot vurun. 

 

Kartoflu içlik üçün :

• 3 ədəd kartof

• 1 ədəd soğan 

• 1 x.q kərə yağı 

• Duz, istiot, qırmızı toz biber 

Kartofları qaynadıb əzin. Soğanı da xırda doğrayıb kərə yağında qızardın. Üzərinə qırmızı toz bibər əlavə edin. Sonra əzdiyiniz kartofun üzərinə əlavə edib duzunu istiotunu da vurub qarışdırın. 

Ətin əvəzinə bu içliklə də edə bilərsiz

 

Nuş olsun !! 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button