Lak həm geyimi tamamlayır, həm də əhval-ruhiyyənin carçısıdır. Lakin qüsursuz olması üçün bəzi xırdalıqlara diqqət etməliyik.
-Tünd rəngli lak mat görünməsin deyə, qırmızı, ya da tünd rəng lakı dırnağa çəkməzdən əvvəl mütləq bir qat parladıcı sürtməlisiniz.
-Daha çox rəngli laklarda yaşanan problemlərdən biri də lakın dırnaq kənarlarına axmasıdır. Qulaq təmizləmə çubuğun az miqdarda asetona batıraraq kənarlara bulaşan laklardan xilas ola bilərsiniz.
-Lakı dırnağınıza çəkmə şəklinə də fikir verməlisiniz. Bunun üçün lakı əvvəl dırnağınızın tam ortasına sürtməli, daha sonra sağ və sol kənarlara çəkməlisiniz.
-Dəri rənginiz də lak seçimində əhəmiyyətlidir. Qış aylarında sürtdüyünüz mat laklar yaz aylarında bürünc rənginizə çox da uyğun olmaya bilər.
-Lak sürtməyə başladıqda fırçanı yüngülcə laka batırmalı və incə bir lay kimi iki dəfə çəkməlisiz. Beləcə həm dırnağınızın üzərində qalın bir lay yaranmaz, həm də lakınız daha tez quruyar.