QIRILMIŞ GÖZ KÖLGƏNİZİ BƏRPA EDİN

07 Feb 2022    862

 

Qabında çox bərk kimi görünən göz kölgələri əslində çox nazikdir.

Bir yerə dəyincə çatlayır, yerə düşəndə isə parçalanır. Sevimli göz kölgənizi toz halında görəndə nələr hiss etdiyinizi yaxşı anlayırıq. Ancaq bu qədər üzülmənizə ehtiyac yoxdur, çünki həlli var!

Çox sevərək aldığınız göz kölgəsi qırıldığında atmanıza ehtiyac yoxdur. 

 

1-ci addım: Paramparça edin

Qırılan göz kölgəsini bərpa etmək üçün ən başdan başlamaq lazımdır. Kölgəniz bir diş çöpü, ya da qələmin köməyi ilə toz halına gələnə kimi parçalayın.

2-ci addım: Spirtli içki əlavə edin.

Parçalanmış kölgənizə ilə bir neçə damcı saf spirt əlavə edin.

3-cü addım:Qarışdırın

Diş çöpü, ya kiçik çubuğun yardımı ilə kölgəni qarışdırın. Nəm krem kimi bir hal alması lazımdır, lazım gəlsə, bir neçə damcı spirt əlavə edin.

4-cü addım: Presləyin

Xırda qəpiyi təmiz bir parçaya sarıyın və kölgənin üzərinə 30 saniyə basın. Ətrafdakı çıxıntıları salfetlə silin.

5-ci addım: Gözləyin

Kölgəni düz bir yerdə üstüaçıq şəkildə ən az 10 saat saxlayın.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button