2013-cü ildə mən dostluq etdiyim bir neçə sinif yolaşımla birlikdə ticarət məqsədi ilə Dubaya səyahət etdik. Bakıda satış üçün nəzərə tutduğumuz əşyaları aldırdan sonra, gizli fəaliyyət göstərən barlardan birinə getdik, orada müəyyən qədər alkoqol qəbul etdikdən sonra mən otelə qayıtdım. Səhər ayıldıqda xəbər tutdumki dost saydığım insanlar məni cibimdə 15$ ilə qoyaraq Bakıya qayıdıblar. İçki sonrası səhər baş ağrıları və düşdüyüm vəziyyət məni dəli edirdi. Baş ağrısını aradan qaldırmaq üçün yenidən bara qayıdaraq spirtli içki qəbul etmək qərarına gəldim.
Bar stolunun arxasında oturmuşam, bu zaman mənə orada gecə xidməti göstərən xanımlardan biri mənə yaxınlaşdı və onu qonaq etməyimi istədi. Mən çox əsəbi halda azerbaycan dilində deyinməyə başladım. Həmin xanımda məndən azerbaycan dilində nə baş verdiyimi soruşdu.
Deməmiş o da azərbaycanlı imiş, adı isə Nuraydı. 5 il görüşdüyü oğlan onu evlənmək adı ilə aldadaraq bakirəlikdən məhrum edib, sonra ise həmin oğlan öz xalası qızı ilə evlənib. Sonra isə Nurayın atası qızının bakirə olmadığını öyrənərək evdən qovub. Bir neçə gün rəfiqələrinin evində qalan qız sonradan küçədə qalmamağ üçün məcbur olub gecə fəaliyyətinə başlayıb, nəticədə Dubaya köçüb. Çünki burada gecə qadınlarının əməyi daha çox əyərləndirilir, onlara münasibətdə alçaldıcı tərzdə deyil.
Mən ona, o da mənə öz əhvalatını danışdıqdan sonra məndə gecələmək üçün yerim olduğunu soruşdu. Mən bildirdimki öncədən otelin bu gecəlik pulunu ödəmişəm. O məndən bir neçə dəqiqə onu gözləməyimi istədi. Getdikdən bir neçə dəqiqə sonra qayıdaraq mənə 1300$ pul verdi və üzərində ünvan yazılmış kağız. Bu onun valideyinlərinin ünvanıdı. Mənə bildirdi ki, bu pulu mənə yol pulu olaraq borc verir, nə vaxtsa qaytarmağa imkanım olsa, onun anasına verim pulu.
Mən səhəri gün Bakiya qayıtdım, altı aydan sonra isə mən həmin məbləği onun anasına qaytardım. İndi mənə deyin - Fahişə kimdir, o qız yoxsa mənim dostlarım ?
Anonim Tofiq