EV ŞƏRAİTİNDƏ DUZ SKRABI

09 Jun 2022    732

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir.

Çox effektli duz skrabının reseptini təqdim edir.

İnqrediyentlər:

- 2 xörək qaşığı duz

- 1 örək qaşığı bal

- 1 kapsul E vitamini (apteklərdə satılır).

Balı duzla yaxşı qarışdırın ki, duz tamam ərisin. Sonra E vitamini kapsulunu iynə ilə dəşin, qarışığa əlavə edin, yaxşı qarışdırın.

Skrabı dəriyə çəkin, yüngül dairəvi hərəkətlərlə 2-3 dəqiqə ərzində massaj edin, 10 dəqiqə saxlayın və sonra yuyun.    

Daha yaxşı nəticə əldə etmək üçün bu skrabdan çiməndən sonra həftədə 2 dəfə istifadə edin.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button