ORQANİZMİ TƏMİZLƏYƏN DETOKS

24 Jun 2022    742

Müxtəlif meyvə və tərəvəzlərdən hazırlanan detoks yalnız orqanizmi şlaklardan təmizləmir, həm də bədəni lazım olan vitaminlərlə təmin edərək həzm sistemini yaxşılaşdırır. Qaraciyər sağlamlığını qoruyur, onun işini yaxşılaşdırır.

 

Qərb mətbuatına istinadən xəbər veririk ki, payız ayları üçün nəzərdə tutulanbu detoksu çeynəmək problemi də yoxdur. Şirə şəklində hazırlanan və yaşıl tərəvəzlərdən hazırlanan detoksu içə bilməsəniz, içinə limon əlavə edin. Bu detoksu içdikdən sonra orqanizminiz sizə minnətdarlıq edəcək və bir çox orqanlar təmizlənəcək. 

 

Səhər içilməsi məsləhət görülən və orqanizmi təmizləyən detoksun hazırlanması üçün lazım olan inqridientlər: 

 

1 ədəd yaşıl alma

 

1 ədəd limon

 

1 ədəd xiyar

 

3-4 sap nanə yarpağı

 

Qoz boyda təzə və ya yarım çay qaşığı zəncəfil

 

1stəkan su

 

Hazırlanması: Alma, xiyar və limonu doğrayaraq blenderə atın. Əgər almalar çox kiçikdirsə, 2 dənəsini atın. Üzərinə zəncəfil də əlavə edin. 

 

Həftəlik təklif olunan detoks qarışığından səhər yuxudan qalxan kimi və günorta yeməyindən bir saat əvvəl gündə 2 stəkan içmək təklif olunur. 

 

İmmunitet sistemini gücləndirən detoks 

 

Ərzaqlar:

 

1 ədəd alma

 

3 sap kərəviz

 

4 kələm yarpağı

 

½ limon

 

1-1.5 sm soyulmuş zəncəfil kökü 

 

Hazırlanması: Bu ərzaqları şirə çəkən maşına əlavə edib suyunu süzün. Detoks səhərlər oyanan kimi içilməlidir. Bədənə enerji verir, A, B və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir, orqanizmi toksinlərdən və zəhərli maddələrdən təmizləyir.

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button