MASKALANMIŞ DEPRESSİYA

19 Jun 2022    781

Maskalanmış depressiya zamanı klassik depressiyanın simptomları olan əhval-ruhiyyənin enməsi, həvəssizlik, özünə qapanma müşahidə edilmir.

 

Maskalanmış depressiya (gizli depressiya) müşahidə olunan şəxslər hisslərini büruzə verməz, başqalarına xoşbəxt görünüb üzlərində gülümsəmə varkən, daxilən kədərli, bədbin olurlar.

 

Depressiyada olan insanların günlərini yataraq və daima kədərli keçirdikləri düşünülür. Lakin hamı depressiyanı eyni şəkildə yaşamır, bəziləri depressiyada olduqlarının belə fərqində olmurlar. Birinin daima şən olub, gülən üzə sahib olması onun altdan-altdan gizli yəni, maskalanmış depressiyada olmasına əngəl deyil.

 

Maskalanmış depressiyanın bir çox altda yatan səbəbləri vardır. Depressiya ağrılar şəkildə, başgicəllənmə, yuxusuzluq və ya çox yatma, qıcıqlanmış bağırsaq sindromu, dəri problemləri, küskünlük, alınqanlıq, ağrı və yorğunluq kimi simptomlarla maskalana bilər.

 

Bu şəxslərdə maskalanma səbəbi ilə asılılıq (dərman, alkoqol, yemək, seks), saxtalıq (özümü yaxşı hiss edirəm, sadəcə biraz əsəbiyəm), bəhanələr, tez özündən çıxmaq kimi hallar müşahidə olunur.

 

Maskalanmış depressiyanın müalicəsi psixoterapiya və dərman müalicəsi ilə aparılır.

 

Dr. Azər Bağırov

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button