BAKIDA QADINA QARŞI DƏHŞƏTLİ ƏMƏL

08 Dec 2022    814

Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Seymur şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Günelə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin mayın 2-də rayonun Sahil qəsəbəsində baş verib. 

 

Seymur yaşadığı evdı ailə məişət zəminində yaranmış mübahisə zamanı əsəbləşərək, arvadını döyüb. 

 

İstintaq orqanı tərəfindən Seymurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Seymur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2014-cü ildə Günel ilə ailə həyatı qurub, onların üç uşağı var: “Mayın 2-də, saat 14.30-da Günellə aramızda yaşadığımıız mənzilin yataq otağında mübahisə yarandı. Əsəbləşərək əlim ilə Güneli itələyərək yıxdım və sonra telefonu əlindən aldım. Aramızda mübahisəyə səbəb isə Günelin ev işlərini görməməyi olub”. 

 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Günelin sözlərinə görə, əri ilə aralarında mübahisə səbəb guya onun ev işlərini görməməsi olub. O, ifadəsinin sonunda əri ilə barışdığını, ona qarşı şikayəti olm adığını deyib. 

 

Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

 

Bu səbəbdən Seymurun barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub. 

 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button