DƏHŞƏT: 13 YAŞLI QIZ ANA OLDU

07 Sep 2022    730

Azərbaycanda 13 yaşlı qız ana olub. 

Məlumatına görə, bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib. 

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb. 

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button