ÇATLAMIŞ DABANI TƏBİİ ÜSULLA NECƏ SAĞALDA BİLƏRİK

12 Jul 2022    843

Çoxumuz dəri və üz gözəlliyinə ciddi fikir verərkən ayaqları yaddan çıxardırıq. 

 

Gigiyenik problemlər, soyuq hava, dərinin quru olması və s. kimi səbəblərdən çatlayan dabanları yumşaq etməyin sadə bir yolu var. 

 

TurpKimi.com daban sağlamlığı üçün cəmi 3 ləvazimatla hazırlanan təbii qarışığı təqdim edir:

 

- 3 xörək qaşığı düyü unu

 

- 1 çay qaşığı bal

 

- 2-3 damla alma sirkəsi

 

Hazırlanması:

 

3 çay qaşığı düyü unu, 1 çay qaşığı bal və 2-3 damla alma sirkəsini qarışdırın. Ayaqlarınızı ilıq suda təxminən 10 dəqiqə isladın və sonra ölü dərini çıxartmaq üçün bu məcunla yüngülcə fırçalayın. Bu üsulu həftədə 2-3 dəfə təkrarlayın.

 

Düyü unu dərini təmizləyir. Bal çatlamış ayaqları yaxşılaşdırmağa köməkçi olan təbii bir antiseptiktir. Sirkə quru və ölü dərini yumşaldıb tökülməsini asanlaşdırır.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button