BU BÜRCLƏRİN NİGAHI MÜMKÜNSÜZDÜR

14 Jun 2022    805

İnsan xarakteri individualdır, yəni hər kəs müxtəlif xarakterə sahibdir. Ancaq bir sıra məsələlər var ki, hansı bürc altında doğulmağımızın təsiri də olur. Bir neçə bürclər var ki, onların ittifaqı mümkün sayılmır.

 

Qoç və xərçəng

 

Bu iki bürcün ittifaqı mümkün deyil. Çox vaxt xərçəng qayğı və sevgi istəyəndə, qoç özünü çox eqoistcəsinə aparır. Nəticə etibarilə ikisindən biri həmişə zərərçəkmiş qalır.

 

 

 

Buğa və Şir

 

Bu iki bürcün nümayəndəsinin münasibəti ona görə alınmır ki, hər ikisi qürurludur. Bu səbəbdən də aralarında mübahisələr yaranacaq. İki ehtiraslı bürcün ittifaqının sonu təəssüf ki, budur.

 

Əkizlər və Qız

 

Xarakterləriniz müxtəlifdir. Qızlar həmişə səliqə-sahman tərəfdarı olur. Əkizlərsə, qara at kimidirlər, heç vaxt əvvəlcədən plan qurmurlar. Odur ki, razılığa gəlməkləri mümkün deyil.

 

Xərçəng və Tərəzi

 

Kənardan elə görünür ki, bu iki bürcün nikahı ideal ola bilər. Əslində isə belə deyil. Xərçəng hər zaman doğmalarının qeydinə qalmaq istəyir. Tərəzi də ətrafındakıları xoşbəxt etmək arzusundadır. Bir-birindən qarşılıq gözləmədən o qədər çox qurban verəcəklər ki, bir gün öz şəxsiyyətlərini unutduqlarının fərqinə varacaqlar.

 

Oğlaq və Tərəzi

 

Oğlaqlar çox ciddi xarakterə malikdirlər. Öz məqsədləri uğrunda usanmadan zəhmət çəkirlər. Tərəzilər isə əyləncəyə, xoş zaman keçirməyə üstünlük verirlər. Odur ki, bir-birini anlamırlar.

 

Əqrəb və Dolça

 

Əqrəblər duyğulu və ehtiraslı olurlar. Dolçalar isə ağıllı və hissiyatsızdırlar. Birinci tərəf daim ürəyinin səsini dinlədiyi halda, ikincilər ağılla addım atırlar. Problemlər də buradan doğur.

 

Oxatan və Balıqlar

 

Oxatanlar məsuliyyəti və ciddi münasibətləri sevmirlər. Balıqlar isə məhəbbətə ənənəvi və həssas münasibət bəsləyirlər. Odur ki, bir-birinə istədikləri sevgini verə bilmirlər.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button