BOYUN VƏ SİNƏ NAHİYƏLƏRİ ÜÇÜN MASKALAR

23 Nov 2022    780

Dərinin qocalması prosesini ləngitməyə, qırışlardan qurtulmağa, ona möhkəmlik və elastiklik verilməsinə və s. kömək edir. Bu məqsədlə maskalardan həftədə 2 dəfədən az olmayaraq istifadə edilməsi tövsiyə olunur.

- 1 yumurta sarısını 1 çay qaşığı bal, 1/2 portağal şirəsi ilə qarışdıraraq boynunuza sürtüb quruyana qədər saxlayın. Sonra ilıq su ilə yuyun və krem sürtün (bütün maskalardan sonra boynunuza qidalandırıcı krem sürtün).

- Suda bişirilmiş kartofun qabığını soyub əzərək,1 çay qaşığı zeytun yağı və qliserinlə (apteklərdə satılır) qarışdıraraq tənzif üzərinə çəkin, boynunuza dolayın və qalın parça ilə örtüb 15-20 dəqiqə saxlayın.

- 2 qaşıq mətbəx duzunu 1,5 stəkan qaynadılmış ilıq suda həll edin. Tənzif parçasını bu məhlulla isladaraq sıxdıqdan sonra boynunuza qoyun. 10 dəqiqədən sonra onu xaric edin. Bu proseduranı 1 həftə ərzində hər gün etsəniz, boynunuzda olan kiçik qırışlar praktiki olaraq görünməz olar.

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button