İş qadını Ruhi Əliyeva əkiz övladları Muhammed və Hasana təmtəraqlı ad günü keçirib.
BAKU.WS xəbər verir ki, Əliyeva əvvəl ad günü mərasimini dəbdəbəli malikanəsində qeyd edib. Daha sonra məclis Türkiyənin Bodrum şəhərindəki məkanlardan birində davam edib.
Ad günü mərasimi rəngarəngliyi ilə diqqət çəkib. Möhtəşəm məclisdən lentə alınan görüntüləri Ruhi sosial şəbəkə yayımlayaraq bu sözləri əlavə edib:
"Allah bütün valideynlərə övladlarının xoş gününü görməyi nəsib etsin. Muhammedimin və Hasanımın 10 yaşından qısa bir hissə..."
Xatırladaq ki, Muhammed və Hasanın 10 yaşı tamam olub.
Video:
//baku.tv/az/watch/58086/