BİR DƏFƏ BAKIDA II hissə (18+)

01 Jan 2022    353

Mən Kazımla danışdıqdan sonra Vüsalı götürüb o qızın olduğu həyətə yaxınlaşdım. Qapının zəngini basdım, orta yaşlı bir kişi qapını açdı. 

Mən söhbətə başladım

- Salam dayı narahat etdiyimə görə üzür istəyirəm, bəlkə sizdə qaldırıcı ola ?

Bu vaxt həyətdən səs gəldi

- Ağamirzə kişi kimdi orda.

Ağamirzə

- Qaldırıcı istəyirlər.

Yenə səs gəldi 

- Qonağı qaöıda saxlamazlar, de içəri keçsinlər.

Bu sözdən sonra Ağamirzə bizi həyətə dəvət etdi, biz içəri girəndə 35-40 yaşlarında biri bizə yaxınlaşaraq salamlaşmaq üçün əlini uzatdı. 

- Muşfiq

Məndə onunla salamlaşaraq 

- Çox şadam, Ağa bu isə dostum və can qardaşım Vüsal. Narahat etdiyimiz üçün üzürlü sayın. Biz qonşuya qonaq gəlmişik (barmağımla Kazımın evini göstərərək) , avtomobildə nasazlıq var deyə qaldırıcıya ehtiyac var.

Müşfiq qarşılığında

- Abu dayı gilin qonağı bizim qonağdı. 

Vusal təəcüblə soruşdu

- Abu dayı kimdi ?

Mən Vüsala cavab verdim

- Kazımın atasının Ələddin adında oğru dostu olduğu üçün ləqəbi Abudur, çaşıb Kazımın yanında bu söhbəti açma, yoxsa səni Jasmin edər.

Müşfiq əlini çiynimə qoyaraq dedi

- Deməli Kazımın dostlarısız, mən onu axırıncı dəfə görəndə burnu fırtdığlı pampersli uşaq idi.

Söhbətin bu yerində Ağamirzə əlində qaldırıcı ilə yaxınlaşdı və mənə verdi. Sonra isə Müşfiq dedi

- Axşam qonağlar olacaq Kazımıda götürüb gəlin.

Axşam düşən kimi biz ora qayıtdıq, ev qonaq əlindən qaynayırdı. Lakin mən imkan axtarırdım ki, özümü biruzə etmədən o qıza yaxınlaşım. Və budur o an, əlimdə qədəhlə  mən ona yaxınlaşaraq

- İzdraste, menya zvat Ağa.

Rus dilində bərbat formada danışdığımı görən qız cavab verdi

- Yaxşısı sən nə rus dilində danışaraq özüvə əziyyət ver, nədə mənim qulaqlarıma. 

Azərbaycanca cavab verməyinə çox sevindim və dedim

- Azərbaycanlı olduğunu bilmirdim ona görə rus dilində danışdım.

Qız isə dedi

- Mən azərbaycanlı deyiləm, amma ətrafımda çox azərbaycanlı olduğu üçün dil mənimsəmişəm. 

Sonra isə ayağa duraraq mənə yaxınlaşaraq qədəhi əlimdən alaraq dedi

- Adım Elenadı, sadəcə Elyada deyə bilərsən.

 

 

Davamı var...

digər paylaşımlar

Tərəfdaşlar

WhatsApp Button WhatsApp Button