Hər yay mən dostlarımla birlikdə dostum Kazımın bağ evində istirahət edirik, keçən yayda biz istirahət üçün bağa yola düşdük. Kazımın mərdəkanda həyətində yekə hovuzu olan iki mərtəbəli evi var. Ona görədə orada biz özümüzü kurortdakı kimi hiss edirik. lakin ötən yay tam fərqli başladı, yangın doldurma məntəqəsində mən onunla qarşılaşdım, uzun qızılı saçları, qamətli dürüşü, incə beli və gülər üzü məni valeh etdi. Mən istədim ona yaxımlaşım, amma o rəfiqəsi ilə avtomobilinə əyləşərək yola düşdülər. Ondan sonra mən bütün yol boyu o gözəl qız haqqında düşünürdüm. Dostlarım deyib gülsələrdə yol boyu, mən fikirli idim.
Vusal mənə səsləndi
- Ağa nə olub sənə, niyə belə sakitsən. Həmişəki kimi iş haqda düşünürsən?
Mən cavab verdim
- Yox, sənin sevgilinlə keçirtdiyim gecələr haqda düşünürəm.
Vusal isə qarşılığında
- Mavi olmasaydın Aynurəni sənə qısqanardım.
Beləcə yol boyu bir-birimizə söz atmaqla keçirtdik.
Evə çatdıqdan sonra mən dərhal geyimimi dəyişərək ikinci mərtəbənin eyvanından hovuza hoppandım. Gün çox xoş keçirdi, hərə öz nəharətini göstərməyə çalışırdı, nəticədə kim daha hündürdən hoppana bilər mübahisəsi düşdü, mən evin damından hovuza tullanacağımı bildirdim, əlbətdəki bu bir zarafat idi, çünki hovuzun dırinliyi buna imkan vermirdi. Mən pafosla hovuzdan çıxaraq evin damına dırmaşmağa başladım. Dostlarım sözlərimi ciddi gəbul etmişdilər deyə məni fikrimdən döndərməyə çalışırdılar, mən sə dahada ciddi davranaraq evin damına dırmaşdım. Və hovuza tərəf döndükdə yenədə o gözəli gördüm, bizi bir neçə həyət ayırırdı, bu dəfə imkanı əldən verməyəcəyimi özümə deyərək açağı düşdüm.
Kazıma yaxınlaşaraq soruşdum.
- O yaşıl damlı ev kimə məxsudur?
Kazım cavab verdi
- Yiyəsini tanımıram, amma bildiyim odurki Rusiyada yaşayır.
Davamı var...