Sonra Elya yan otağa keçdi, məndə onun dalınca otağa girərək qapını örtdüm. Bunda məqsədim onunla cinsi əlaqəyə girmək deyil, sadəcə baş-başa qalıb onu daha yaxından tanımaq idi. Elya qədəhi başına çəkərək mənə tərəf döndü.
Elya
- Bilirsən ki, bir xanımın yataq otağına belə soxulmaq ədəbsizlikdir?
Ağa
- Meşədə böyüməmişəm, ədəb qaydaları ilə tanışam. Lakin sizdə bilməlisiz ki, bir insanın əlindən qədəhi bu formada almaqda ədəbdən deyil, mən bura öz qədəhimin dalınca gəlmişəm.
Elya qədəhi uzadaraq
- Qorxma, qədəhini yiyən olmadı.
Ağa
- Mənim üçün qədəhin dəyəri içindəkində idi, boş qədəh nəyimə lazımdır?
Elya qədəhi əlindən buraxaraq
- Boş qədəh mənədə lazım deyil.
Qədəh döşəməyə dəyərək parça-parça oldu. Elya buna önəm vermədən öz çarpayısında əyləçərək, yanındakı komidin üzərindəki kitabı götürüb səhifələməyə başladı. Sonra başını qaldırıb mənə baxaraq.
Elya
- Sən hələdə buradasan, onda bəlkə mənə yenə bir qədəh şərab gətirəsən?
Ağa
- Mən o qədəhi sənə yox, özümə gətirmişdim, sən isə qədəhi əlimdən alaraq sındırdın.
Elya
- Sən necı kişisən ki, xanımla bir qədəh şərabın davasını edirsən?
Ağa
- Görürən bu sohbət uzun olacaq, mən yaxşısı gedib bir şüşə şərab və iki qədəh gətirim.
Elya
- Bir şüşə? o nə deməkdir?
Ağa
- Şüşə butılka demıkdir, bir butılka şərəb
Elya
- Onda iki şüşə gətirki, bu yolu ölçməli olmayasan, yada onu üç elə.
Sonra mən otaqdan çıxaraq, o dediyi kimi üç şüşə şərabla otağa qayıtdım. O gecə aramızda intim heçnə olmasadaŞ, mən döşəmədə o isə çarpayda əyləşərək səhərə qədər söhbət elədik. Söhbət ərzində o hər dəfə qəhqəhə çəkəndə mən çox xoş hisslər duyurdum. Səhərin açılmağını heç istəmirdim, çünki ömrümdə ilk dəfə belə xoşbəxt hiss edirdim özümü. Birdə gözlərimi açdım ki, Elya məni silkələyərək oyadır.
Elya
- Oyan Ağabala, ay Ağabalası oyan, çimərliyə voleybol oynamağa gedirik, səndə bizimlə gedirsən?
Mən yuxudan ayılaraq gözlərimi ovuşdurdum, sonra isə Elyanın ala gözlərinə baxaraq dedim, əsnəyə-əsəyə dedim.
Ağa
- Mən onda dostlarıma xəbər edim hamımız birlikdə gedək, yoxsa yaxşı çıxmaz.
Elya məni itələyərək
- Biraz yavaş əsnə, özümü çırkda başını şirin ağzına salmış təlimçi kimi hiss etdim.
İndi şir təlimçini parçalayacaq sözləri ilə, Məndə acığa onun əlindən tutaraq özümə tərəf çəkdim.
Davamı var...